Heydərli Leyli Heydər qızı 21 noyabr 2006-cı il Bakı şəhərində dünyaya
göz açıb. Leyli uşaqlıqda çox sakit olub. Bəzən tərsliyi də olurdu. Amma deyilənlərə
əməl etməsi, ağıllı və sözəbaxan olması onu hamının sevimlisinə çevirib. Anası
onun rəsm çəkməyə marağını görüb, ona çoxlu rəngli qələm və albomlar alıb. Leyli
ilk rəngli qələmini əlinə o qədər peşəkarcasına alıb ki, anası artıq onun rəssamlığa
meyilli olacağına əmin olub. 2 yaşı tamam olandan sonra anası Leylini Uşaq
qalereyasına aparmağa başlayıb. Əsərlər yaratmasa da, hamı Leylinin əlində qələm
tutmasına və dəqiqliklə çəkmək istəməsinə təəccüblənirdi. 3 yaşı tamam olan
kimi Tofiq İsmayılov adına UGYM-in rəsm dərnəyinə gedib. Sara xanım Əfəndiyeva
Leylinin ilk müəllimi olub. Bu günə kimi Sara xanım Leylinin rəsm müəllimidir, Leylini
rəssam kimi ən çox anlayan insandır.
24 may 2014-cü ildə İçərişəhərdə Leylinin 50 ən yaxşı seçmə əsərlərindən
ibarət ilk fərdi sərgisi keçirilib. Leyli rəsmlərində rəngarəngliyə üstünlük
verir. Səttar Bəhlulzadənin əsərlərini çox sevir. Onun “Narlar”, “Lalələr” əsərlərinə
oxşar şəkilləri var. Klod Monenin, Van Qoqun əsərlərinə baxıb özünəməxsus əsərlər
yaradır. Yaratdığı rəsmlərin sayı 100-150-yə çatan kimi daha bir fərdi sərgi təşkil
etməyi planlaşdırır.
Dəfələrlə Aidə Mahmudovanın keçirdiyi usta dərslərinə qatılıb, böyük
maraqla iştirak edib.
3 yaşından rəqsə getməyə başlayıb. Rəqsdə çox fəaldır. Dünya
xalqlarının rəqslərini öyrənir. Hər il “Rodniki duşi” festivalında iştirak edir.
2016-cı ildə Nejnost rəqs qrupu I yeri tutub.
2014-cü ildən 24 №-li UGYM-ə Esmiralda müəllimin yanında vokal dərslərinə
gedir, Heydər Əliyev adına sarayda Novruz bayramı şənliyində çıxışları olub.
Məktəbə 5 yaşında gedib. Sinifdə çox sakit və diqqətli şagirddir. Məktəbə
gedənə qədər yazmağı və oxumağı bacarıb. Nənəsi müəllimə olduğuna görə artıq məktəbə
tam hazırlıqlı getmişdir. 1 №-li məktəbdə II sinfə qədər oxuyub, hazırda 6 №-li
məktəb-liseydə təhsil alır. Dərslərini yaxşı oxuyur. Sevimli fənləri riyaziyyat,
rəsm, ingilis dili və informatikadır.
Əldə etdiyi nailiyyətlərə görə ailəsinə minnətdarlıq edir. Həyatda
oxşamaq istədiyi yeganə insan anasıdır. Zaha Mohammad Hadid kimi məşhur memara
oxşamaq istədiyini də bildirir.
Xalqa və dövlətə xidmət etməyi ən şərəfli iş hesab edir.
Leyli iki sənətə yiyələnəcəyini deyir. Həkim olaraq xalqın
sağlamlığının keşiyində durmaq və rəssam olaraq ölkəmizin insanlarını və təbiətin
gözəlliklərini təsvir etmək ən böyük arzusudur.
Leyli asudə vaxtlarında kitab oxumağı, xına ilə əl üzərində milli şəbəkələrin
təsvirini çəkməyi və rəsmlə məşğul olmağı xoşlayır.
Yaddaşlarda yaşamaq üçün insanlara hörmətlə davranmağın, vətənpərvər
olmağın, çalışdığın sahədə üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə
yetirməyin, xalqının və dövlətinin mənafeyini yüksək tutmağın vacibliyini çox
gözəl anlayır. Həyatda bu amalla yaşadığını söyləyir.
Комментариев нет:
Отправить комментарий