Həmidova Fatimə Elşad qızı 10 may 2008-ci ildə Bakı şəhərində anadan olub. Fatimə körpəlikdə çox sakit və mülayim uşaq olub. Ailədəki hər kəsin, xüsusilə nənəsinin, babasının sevimlisi olub. Üç yaşı olarkən onu valideynləri Nəsimi rayonunda yerləşən “Nağıl” uşaq bağçasına qoyublar. Elə ilk dəfə yazmağı-oxumağı da həmin bağçada öyrənib. Vəfa müəllim ona ilk hərfi öyrətməklə, gözəl bir istedadın təməlini qoyub. Rəsmə marağı da elə həmin vaxtdan başlayıb. Hələ balaca olanda nənəsinə, xalasına rəsmlər çəkib, hədiyyə edib. Onun gözəl əl işləri də var. Fatimə bunu anasından və xalasından öyrənib. O, bu işləri böyük həvəslə görür.
Fatimə ilk dəfə Nəsimi rayonunda yerləşən 42 saylı məktəbdə təhsil almağa başlayıb. İlk sinif müəllimi də İrina xanım olub.
Hal-hazırda təhsini Binəqədi rayonunda yerləşən 276 saylı məktəbdə davam etdirir. İndi isə onun sinif müəllimi Lalə İsmayılovadır.
Fatimə dərslərini həm çox yaxşı, həm də maraqla oxuyur. Boş vaxtlarında kitablar oxuyur, əl işləri hazırlayır.
Bütün uşaqlar kimi Fatimənin də arzuları çoxdur. O, orta məktəbi uğurla bitirib, yüksək nəticə ilə ali məktəbə qəbul olmaq arzusundadır. Onun ən böyük arzusu həkim olmaqdır. Savadlı həkim olub, xalqına xidmət etmək istəyir.
Uğurlar sənə balaca həkim!
Комментариев нет:
Отправить комментарий