Sizə növbəti qəhrəmanımız
İlahə haqda danışmaq istəyirik. Ailənin ikinci övladı olan İlahə körpəlikdə
sakit, ağıllı olub. Üç-dörd yaşındaykən istedadı özünü büruzə verib. Qardaşı
Muradın bu sahədə ona yardımı şox dəyib. İlahə yazıb-oxumağı çox sevirdi. Ona
görə də məktəbə gedənə qədər oxumağı anasından və müəlliməsi Vüsalə xanımdan
öyrənmişdi.
İlahə Məcid qızı
Əhmədzadə 2008-ci il aprelin 23 də Bakıda dünyaya göz açıb. 1-ci sinifdən 83
saylı liseydə təhsil alan balamız hazırda 3-cü sinif şagirdidir. Dərslərində əlaçıdır.
İlahənin ən çox sevdiyi fənlər riyaziyyat və informatikadır. Ən maraqlı günü məktəbə
qədəm basdığı ilk gün olub. Əldə etdiyi uğurlarına görə ailəsinə- ata,ana və
qardaşına və ilk müəllimi Səbinə xanıma minnətdardır.Gələcəkdə sinif rəhbərinə
oxşamaq,onun kimi körpə fidanlara elm öyrətmək istəyir. Öz dövrünün zəka sahibi
olmaq niyyətindədir. Hətta professor adını belə qazanmağı hədəflədiyini bizə
söyləməkdən məmnun qaldı. Müəllim olmağı arzulayan gənc qəhrəmanımız İlahə bu həvəsə
məktəbə getdiyi gündən düşüb. Bu marağı onda sevimli müəlliməsi Səbinə xanım
oyadıb. Hətta asudə zamanlarda belə müəllim oyunu onun ən sevimli məşğuliyyətidir.
Bununla yanaşı mütaliə etməyi və rəsm çəkməyi çox sevir.
Ali təhsil alıb vətəninə
layiqli,savadlı bir müəllimə kimi xidmət etmək arzusunun çin olmasını diləyirik.
Bizə də sənə uğurlar arzu etmək qalır. Tanrı bu müqəddəs yolda sənə kömək
olsun,İlahə!
Комментариев нет:
Отправить комментарий