Növbәti
qәhrәmanımız tanınmış Rәfibәyli ailәsindә dünyaya göz açıb. Onun istedadı lap
körpəykən özünü büruzə verib. Tez dil açıb, artiq iki yaşında nəinki doğma ana
dilində, hətta rus dilindә də fikrini rahat şәkildә izah edә bilib. İngilis
dilindә isə bəzi sözlәri bilirdi. Mәktəbə gedənə qədər saymağı və yazmağı anası
ona öyrətmişdi.
Çingiz Әziz oğlu
Rәfibәyli 2009-cu il oktyabrın 13-dә Sumqayıt şәhәrindә anadan olub. O, hazırda
189-190 saylı mәktәbdә tәhsil alır. Dәrs әlaçısıdır. Әn sevdiyi fәnnlәr isә Azərbaycan
dili, riyaziyyat vә ingilis dilidir. Uşaqlıqdan musiqini çox sevib vә hәmişә
musiqi alәtindә ifa etmək istәyi olub. Anasının musiqi təhsili və bu sahədəki
bacarığı onu hәmişә bu sahəyə yönləndirib.Asudə vaxtında musiqi dinləməyi və
cizgi filmlərini seyr etməyi xoşlayır.
Çingiz istedadlı və
çalışqandır.Yüksək səviyyəli təhsili hər şeydən yüksək qiymətləndirir. Məktəbi əla
göstəricilərlə bitirib universitetə daxil olmaq arzusundadır.
Әldә etdiyi uğur
vә naliyyәtlәrinә görә özünü valideynlәrinә vә müәllimlәrinә borclu hesab edir.
Gәlәcәkdә atası kimi savadlı hәkim olmaq istәyir. Daşıdığı soy adına layiq
olmaq və onu daim uca tutmaq üçün var qüvvəsilə çalışacağına söz verib.
Ağıllı vә düşüncəli
Çingiz balamıza uğurlar arzu edirik. Uğurların çox,yolun hamar olsun!
Комментариев нет:
Отправить комментарий