Növbәti qәhrəmanımız
Lәman Aslan qızı Kәrimlidir. O, 2002-ci il fevral ayının 9-da Bakı şәhәrindә
anadan olub. Lәman körpәlikdә sakit, ağıllı, bacarıqlı qız olub. Uşaq yaşlarından
anası Mehriban xanım ona yazıb-oxumağı öyrədib. Birinci sinfə 132-134 saylı
Tәhsil Kompleksində qədəmlərini atan Lәman hazırda da, hәmin mәktәbdә tәhsilin
davam etdirir. Ən yaxşı şagirdlәrdәn biri, dәrs әlaçısıdır. Çox aktiv vә fәal
şagirddir. Fikirlәrini sərbəst ifadә etmәyi bacarır. Әn çox sevdiyi fәnlәr
ingilis dili və riyaziyyatdır. Mәktәbdә keçirilәn tәdbdirlәrdә fəal iştirak
edir. Buna görə də tәrifnamә vә fәxri fәrman әldә edib. O qeyd edir ki, hәr
günü unudulmazdır. Fәaliyyәtindәn dolayı yüksәk pilləyə ucalmaq istәyәn Lәman
qazandığı uğurlarına görə özünü ailәsinә borclu hesab edir. Anasını özünә ideal
olaraq seçən ləman asudә vaxtlarında kitab oxumağı vә gәzintini çox xoşladığını
deyir. Lәman vurğulayır ki, әgәr kitab yazsaydım insanların fikirlәrini dәyişmә
mövzusunu işləyərdim.
Gәlәcәklә bağlı
planları haqda danışan qəhrəmanımız ali mәktәbә qәbul olmağı, sonra isә eyni
zamanda oxuyub-işləməyi hədəflədiyini bildirir. Magistratura tәhsili almaq niyyətindədir.
Öz biznesini qurmaq istәyәn Lәmanın әn ümdə arzusu ölkәmizi dünyada layiqincә
tәmsil etmәk vә uğurlar qazanmaqdır. Gәlәcәkdә daha da böyük nailiyyətlərə imza
atmasını arzulayaraq deyirik - uğurlar olun sәnә, Lәman bala!
Комментариев нет:
Отправить комментарий