Azәrbaycanımızın
istedadlı yeniyetmәlәrindәn bir dә Sofiya Hüseyn qızı Hüseynlidir. O, 2006-ci
il dekabrın 25-dә Bakı şәhәrindә anadan olmuşdur. Uşaq yaşlarından ağıllı vә
aktiv davranışı ilə diqqət mərkəzinə düşməyi bacarıb.İlk söylədiyi kəlmə müqəddəs
ana sözü olub. Üzməyi çox sevib və iki-üç ayından etibarən üzmәyә başlayıb.
Sofiya qızımız üç yaşında artıq karate ilә mәşğul olmağa başladı. Sonra isә
növbə fortepiano dərslərinə çatdı. Bütün bunlarla yanaşı dәrsi ilә dә mәşğul
olurdu. Artıq mәktәbә gedәndə yazıb-oxumağı bilirdi. Bu işdə baxça müәlliməsinin
əməyini qeyd etmək lazımdır.
Sofiya 132-134
saylı Tәhsil Kompleksindә tәhsil alır. Dәrs әlaçısıdır, әn çox sevdiyi fәnnlәr
riyaziyyat, fransız dili vә ingilis dilidir. Dil öyrənməyi çox sevir. Mәktәbdә
keçirlәn tәdbirlәrdә iştirak etməyə çox həvəslidir.Belə ki xorda solistdir, rəqs
edir,idmanla bağlı tәdbirlәrdә də fəal iştirakçıdır.Sofiya qeyd edir ki, əldә
etdiyi uğurlarına görә özünü valdeynlәrinә vә müәllimlәrinә borclu hesab edir.
Gәlәcәkdә anasına bənzəmək istәyir.
Asudә vaxtlarında
heyvanlarla zaman keçirməyi xoşlayır. Gәnc qәhrəmanımız hәlә hansı peşənin
sahibi olacağına qәrar vermәyib.Rəssamlığa,səsi olduğu üçün müğənniliyə,piano
ifaçılığına və idmançı karyerası yaratmağa şansı olsa da aktrisalığa meyli daha
güclüdür. İnanırıq ki, onda olan oxumaq, öyrәnmәk hәvәsi bütün çәtinliklәrә
qalib gәlәcәk, elmdә, tәhsildә xarüqәlәr yaradaraq yüksәk zirvәlәr fәth edәcәk.
Biz də bu
istedadlı balaya şansın bol,yolun açıq olsun deyirik!
Комментариев нет:
Отправить комментарий