Sizlәrә
ailәnin yeganә övladı olan Aylin Cәlal qızı Qasımovadan danışmaq istəyirik. O,
2007-ci il iyunun 12-dә Bakı şәhәrindә anadan olmuşdur. Uşaqlıqdan ağıllı
davranışı ilə digərlərindən fərqlənib. Kitab oxumağı, rәsm çəkməyi,gimnastika
vә musiqini çox sevib. Həmişə bu sahələrə böyük hәvәsi olub. Anası Lalə xanım
onu körpә yaşlarında klassik musiqi ilә yatızdırırmış. Bu da Aylindә musiqiyə
hәvәs oyatdı. Vә bununla da Aylinin fortepianoya olan marağı üzә çıxdı.
Bacarıqlı qızımız oxumağa da meylli uşaqdır. İlk yazıb-oxumağı da müәllimi vә
valideyinlәri tәrәfdәn öyrənib. Hazırda isә Aylin 132-134 saylı Tәhsil
Kompleksindә tәhsil alır. İlk gündәn bu günә qәdәr dәrsini әla qiymәtlәrlә
oxuyur vә әn çox sevdiyi fәnni riaziyyatdır. Mәktәbdә keçirlәn bir çox
tәdbirlәrdә iştirakı edib.Yaxşı oxuduğuna görә vә tәdbirlәrdә fәal iştirakına
görә diplomlar vә tәrifnamәlәr әldә etmişdir. Bu tәdbirlәrdә şeir söylәmiş,
mahnı oxumuş vә rәqs etmişdir. Hәyatının әn uğurlu günü konservatoriya
sәhnәsindә çıxış etdiyi gün olub. Әn maraqlı günü isә valdeynlәrinin ona balaca
it bağışladığı gündür. Әldә etdiyi uğur vә nailiyyәtlәrinә görә özünü
valdeynlәrinә vә müәllimlәrinә borclu hesab edir. Xüsusәn dә anasına
minnәtdarlığını bildirir. Zərif qəlbli balamız qeyd edir ki, anası onun
inkişafı üçün çox әmәk sәrf edir. Atasını özünә ideal bilən Aylin balamız onun
kimi Bank sektorunda işlәmәk istәyir. Gәlәcәkdə çox yaxşı oxumaq vә Harvard
Universitetindә tәhsil almaq istәyir. Bununla yanaşı musiqi tәhsilini dә davam
etdirmәk istәyir. Asudә vaxtı çox az olur vә o, vaxtı sәmәrәli keçirmәyi
xoşlayır. Mәs: mütaliə edir, ailәsi ilә birgә vaxt keçirir vә intellektual
verilişlәrә baxır. Biz dә redaksiya olaraq Aylin qızımıza mənalı hәyat yolunda
uğur vә nailiyyәtlәr arzu edirik.
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
Комментариев нет:
Отправить комментарий