Әziz oxuyucularmız,
sizi növbəti qəhrəmanımızla tanış etmək istəyirik. Әhmәd Tahir oğlu Tağıyev 2005-ci
il sentyabrın 8-dә Bakı şәhәrindә anadan olmuşdur. O, uşaqlıqda çox gülәrüz , insanpərvər,
yaşıdları ilә tez dil tapan uşaq olub. Məktəbə qədər yazıb-oxumağı bacarıb. Caz
musiqisinə xüsusi sevgi bəsləyib. Nәnәsi ilә vaxtaşırı Caz klubuna musiqi dinləməyə
gedib. İdmanın basketbol növünə çox böyük hәvәs göstərən Əhməd halhazırda
basketbol komandasında məşğul olur vә yarışlarda iştirak edir. O, gec dil açıb.
Buna görә də onu loqoped Kamilla Abdullayevanin yanına müayinəyə aparıblar. Kamilla
xanim onunla məşğəlәlәr keçib, eyni zamanda da mәktәbә hazırlayıb. Bunun nəticəsidir
ki, Әhmәd mәktәbә qәbul zamanı әn yüksәk bal toplayayıb.
Qəhrəmanımız gec
danışmasına baxmayaraq çox savadlı vә yetәnәkli bir uşaqdır. Bu biliklәr ona
ata vә anasından keçib. Onlar kimi fәal vә savadlı uşaqdır. Әhmәd dərsləriylə bərabər
eyni zamanada musiqi təhsili də alır.
132-134 saylı
Tәhsil Kompleksindә tәhsil alan Әhmәd dәrslәrini yaxşı qiymәtlәrlә oxuyur. Ən
çox sevdiyi fәnnlәr fizika, riyaziyyat vә musiqidir. Mәktәbdә keçirilәn
tәdbirlәrdә fәal iştirak edən Əhməd Novruz şәnliyindә “Kosa” obrazı ilə yadda
qalıb. Әldә etdiyi uğur vә naliyyәtlәrinә görә özünü valideynlәrinә borclu
hesab edir. O, atası kimi güclü vә cәsur, anası kimi gülәrüz vә insanpərvər
olmaq istәyir.
Yüksәk zirvәlәrә
ucalacağına inanır. “Gәlәcәkdә kim olacaqsan ?” sualına bu şәkildә cavab verdi:
Çox mәhşur basketbolçu olacağam. Altı yaşından basketbolla mәşğul olan oğlunun
gələcəyini atası Tahir bəy bir məşqçi kimi görür. Asudә vaxtlarında "Harri
Potter" kitabını oxuyan və Müslüm Maqomayevi dinləyən Tahir fortepiano dərsləri
də alır. O, fəxrlə deyir ki, çox savadlı travmatoloq olacam vә bununla paralel
məşhur basketbolçu kimi də fəaliyyət göstərəcəm.
Biz dә redaksiyamız adından Әhmәd balamıza arzu
vә istәklәrinә çatmağı dilәyirik. Yolun hamar, şansın bol olsun, Әhmәd!
Комментариев нет:
Отправить комментарий