Nәcәf Arif oğlu
Mәmmәdov 2004-ci il iyulun 9-da Bakı şәhәrindә anadan olmuşdur. O, körpәlikdә
çox dәcәl idi. İlk nәvә olduğu üçün hamı onu әzizlәyirdi. Amma dәcәl olsa da
hәr şeyә maraq göstәrәn vә çox sual verәn bir uşaq idi. Körpәlikdә şәkilli kitablara,
heyvanlar alәminә aid olan məlumatlara-xüsusilə də dinozavrlara vә birlәşdirilәrәk xüsusi mənzərə
əmələ gətirən oyuncaq fiqurlara böyük maraq göstәrirdi. Nәcәf mәktәbә gedәnә qәdәr yazıb - oxumağı
öyrәnmişdir. Azәrbaycan dilindә anası , rus dilindә isә Nina xanım ona dəstək
oldu. Valideynləri hiss edirdi ki, o,
yaradıcıdır, onun leqo yığma hәvәsi daha da böyükdür. Ona alınan hәdiyәlәr
kitablar vә leqo konstruktorları olardı.
Dörd-beş yaşlarında şәkil çәkmәyә başlamışdır. Rәng
seçmə hissi gözәl inkişaf etmişdi. Onun
әhatәsindә daima qayğıkeş müәllimlәrin olması onun istedadını üzә çıxarmağa
kömәk edirdi. Yeddi yaşında Samirә
Talıbova onunla fortepianoda mәşğul olmağa başladı. Nәcәfin musiqiyә olan hәvәs
vә bacarığı da beləcə aşkar oldu. Səkkiz-doqquz yaşlarında üzgüçülük, şahmat vә
rәsmlә mәşğul olmağa başladı. Nәcәf ilk tәhsilini 267 saylı orta mәktәbdә
almış, hazırda isә Fizika - Riyaziyyat vә İnformatika tәmayüllü liseydә davam
edir. Dәrslәrini әla qiymәtlәrlә oxuyan Nәcәfin әn çox sevdiyi fәnlәr
informatika, riyaziyyat, biologiya, kimya, fizika vә texnologiyadır.
Nəcəf tәdbirlәrdә
iştirak etməyi çox sevir. Hәyatının әn uğurlu günü isə 2016-cı ildә Qara
Qarayev adına "Tәhlil vә ifa edir gәnc musiqiçilәr” Respublika Elmi
İfaçılıq müsabiqәsi olub. Çünki o, burada tәltif olunub. Bu tәdbirdә Qara
Qarayev vә digәr tanınmış musiqiçilәrin bәstәlәrini mәharәtlә ifa etmiş vә mütəxəssislәrin
rәğbәtini qazanmışdır.Lider TV də verilişlərin birində çox uğurla tanqo ifa
etmişdir.
Uğur qazandığı
günlәr onun ən unudulmaz günlәridir. Әldә etdiyi naliyyәtlәrinә görә öncә
valdeynlәrinә,sonra isә rus dilinə ilk səyahətə çıxdığı Nina müәllimәyə, ingilis dilini öyrәndiyi
Anastasiya İqnatevnaya, musiqi müәllimәsi Samirә Talıbovaya vә Natella
Axundovaya minnətdardır. Qəhrəmanımız elm öyrəndiyi bütün müəllimləri sevir və əziz
tutur. FRİTL-in müәllimlәri vә xüsusәn informatika müәllimi Valid Mәhәrrәmovu
da. Bu müәllimlәrin onun hәyatındakı
rolu әvәzsizdir. O, informatika
texnikası sahәsini çox sevir. Buna görə də bu sahə üzrə gәlәcәyin dünya şöhrətli proqramçısı olmaq arzusundadır. Valid
Mәhәrrәmov bu fәnni ona elə sevdirib ki, Nəcəf artıq bu sahәdә özünü, gələcəyini
görür.
Asudә vaxtlarını səmərəli
keçirmәyә çalışır. Әn çox mütaliә ilә mәşğul olur. Qəhrəmanımız insanları çox
sevir, onlar haqqında mәlumat toplamaq arzusuna düşmüşdür. Musiqini dә çox sevən
qəhrəmanımız Vaqif Mustafazadәnin yaradıcılığını çox xoşlayır. Lütfi Zadəni
özünə örnək kimi qəbul edən Nəcəf onun kimi məşhur olmaq, xalqımız üçün
yaddaqalacaq uğurlu layihələrə imza atmağı qarşısına məqsəd qoyub.
Biz də bu
istedadlı balamıza bu şərəfli yolda uğurlar arzu edirik. Qoy sənin istedadın
inkişaf etsin, ailənin,müəllimlərinin və vətənimizin başını daima uca edəsən!
Комментариев нет:
Отправить комментарий