Abdulov Mirsahib
İrşad oğlu 2010-cu il martın 5-i Bakı şəhərində doğulub. Mirsahib körpəlikdə
surətli inkişafa meyilli uşaq olub, tez qavramaq bacarığına malik olub. İlk
addım atdığı, ilk dəfə danışdığı zamanlardan da hər kəsin heyrətini qazanıb,
çunki elə o zamandan çox şeylə maraqlanmağa başlayıb, suallar verib. Səlis
danışmağı ilə hər kəsi təəccubləndirib. 4-5 yaşlarından muxtəlif döyuş idman
növləri ilə məşğul olması onun fiziki cəhətdən inkişaf etməsində muhum rol
oynayıb. Rəsm çəkməyi, uşaqlar uçun nəzərdə tutulmuş muxtəlif televiziya proqramlarına
baxmağı çox sevib. İngilis və rus dillərində baxdığı cizgi filmləri onun xarici
dilə olan marağını daha da artırıb. Böyudukcə xarici dilləri asanlıqla öyrənməsinə
kömək edib.
Mirsahib məktəbə gedənə
qədər yazıb-oxumağı bacarıb. Birinci sinif dərs materialını artıq tam mənimsəyib.
Beş yaşından başlayaraq cudo və şahmatla məşğul olmağa başlayıb. Onun həm
fiziki, həm də zehni inkişafında bu idman növlərinin böyuk rolu olub.
İlk dəfə 286 saylı
məktəbdə birinci sinfə başlayıb, hazırda da həmin məktəbin şagirdidir.
Dərslərini yaxşı
oxuyur, məktəbdə muəllimlərin ən çox sevdiyi şagirdlərdən biridir. Ən sevdiyi fənlər
riyaziyyat, informatika və xarici dillərdir. Bu fənləri daha çox sevməsində muəllimlərin
də rolu böyukdur, ona bu fənləri sevdirməyi bacarıblar.
Mirsahib,
2006-2008 təvəlludlu idmançılar arasında cudo idman növu uzrə III yeri, Cudo
Federasiyası- Yeniyetmələr arasında cudo guləşi uzrə III yeri (Sumqayıt şəhəri),
Masallı rayonu Gənclər və İdman idarəsi “9 Noyabr Bayraq Gunu” nə həsr olunmuş
açıq birinciliyində III yeri, Salyan rayon Gənclər və İdman idarəsinin
“Umummilli lider Heydər Əliyevin anım gunu” nə həsr edilmiş cudo guləşi
yarışında III yeri qazanıb.
Qazandığı butun bu
uğurlara görə Mirsahib,öz muəllimlərinə və valideynlərinə minnətdardı. Onların
göstərdiyi etimadı nəzərə alaraq həmişə önə getməyi hədəfləyir Mirsahib.
Şahmat sahəsində
dunya şöhrətli məşhurlar Magnus Carlsen və Boris Gelfandə bənzəmək istəyir. Bu
sahədə də böyuk uğurlar qazanmağı qarşısına qoyan Mirsahib, gələcəyin dunya şöhrətli
şahmatçısı olmaq istəyir.
Mirsahibdə dəqiq
elmlərə olan maraq, onun gələcəkdə bu sahədə də uğur qazanacağından xəbər
verir.
O, asudə
vaxtlarında kitab oxumağı, professional şahmatçıların oyunlarına baxmağı ,
velosiped surməyi, rəsm çəkməyi çox sevir.
Mirsahib yaxşı
bilir ki, insan yalnız etdiyi yaxşılıqlar, elmi kəşfləri və uğurları ilə
tarixin yaddaşında qala bilər. O, da bu cur qalmaq istəyir tarix boyu.
Öz yaşına görə
kifayət qədər uğur qazanmış Mirsahibə, gələcək həyatda da uğurlar arzulayırıq.
Комментариев нет:
Отправить комментарий