Mehdiyev Raul
Mehdi oğlu 11 iyun 2009-cu ildə Bakı şəhərində anadan olub. Raul ailənin ikinci
övladıdır. Körpəlikdən, hətta indi də ən sevdiyi məşğuliyyət evdəki əşyaları
sökərək, yenidən yığmaqdır. Suyu çox sevdiyindən üzgüçülüyə marağı hər zaman
olub. Uşaq vaxtından sakit təbiəti ilə seçilib. Böyük bacısı məktəbə gedəndən o
da təhsilə, öyrənməyə maraq göstərib. Həm bacısı, həm də anası onu hər zaman həvəsləndirib.
Getdiyi məktəbəqədər hazırlıq mərkəzinin də bunda rolu olub. Artıq 5-6
yaşlarından bacısı ilə bərabər Azərbaycan və ingilis dillərində 100-ə qədər
saymağı və bütün hərfləri yazmağı öyrənib.
Mehdiyev Raul
İlyas Əfəndiyev adında Elitar Gimnaziyada təhsil alır. Dərslərinə hər zaman
hazırlıqlı olur. Onun ən sevdiyi fənlər riyaziyyat, təsviri incəsənət və fiziki
tərbiyədir. bu günə kimi qazandığı uğurlara görə ailəsinə və müəllimlərinə
borcludur. O, gələcəkdə valideynləri kimi uğurlar qazanmaq, oxuduğu məktəbin,
daha sonra isə universitetin fəal tələbələrindən biri kimi yadda qalmaq
arzusundadır. Onun ən böyük istəklərindən biri də məktəbi bitirdikdən sonra təhsilini
ali məktəbdə davam etdirib, öz sənətində nailiyyətlər qazanmaqdır. O, polis olmaq
istəyir. Raul şərəfli polis işçisi olub cinayətkarlığa, ədalətsizliyə qarşı
mübarizə aparmaq niyyətindədir.
Təhsil aldığı məktəbdə
keçirilən tədbir və bayram şənliklərində fəal iştirak edir, orada şeirlər söyləyir
və səhnələrdə rol alır. Həyatda ən maraqlı gün ilk dəfə məktəbə getdiyi, ilk müəllimi
ilə tanış olduğu gündür. Onun uğurlu günləri çoxdur. Dərslərindən müvəffəqiyyət
əldə etdiyi hər gün onun üçün uğurlu gündür.
Keçən il
riyaziyyatdan olimpiada da III yerə, bu il də eyni olimpiadada III yeri tutmağı
münasibətilə sertifikatla təltif olunub. Raul kitab oxumağı çox sevir. Bu səbədən
boş vaxtlarında nağıl yaxud hekayə kitablarından maraqlı əsərlər oxuyur. Oyun
oynamağı da çox xoşladığından bəzən də bacısı ilə maraqlı, xüsusilə də zehni
oyunlar oynayır. Valideynləri hər zamanonlara zehni gücləndirən oyunlar alır.
Raul təhsilini uğurla başa vurub, Vətəninə, ailəsinə layiqli bir övlad olmaq
istəyir. O, tarixdə öz fəaliyyəti ilə iz qoyan şəxsiyyətlərdən biri olmağı arzu
edir. O, H.Z.Tağıyev kimi mən də bir xeyriyyəçi olmaq istəyir. Şəkil çəkmək
onun sevimli məşğuliyyətlərimdəndir. Xüsusilə tarixi abidələrin yaxud tikililərin
şəklini çəkməyə daha çox üstünlük verir.Rəssamlıq bacarığının olmasını çox istəyir.
Raul bilik və bacarıqları ilə Vətəninə, ailəsinə xeyirli bir şəxsiyyət kimi
formalaşmağı qarşısına məqsəd qoyub.
Комментариев нет:
Отправить комментарий