Əliyeva Leyla Zaur qızı 2004-cü ildə iyulun 17-də Bakı
şəhərində dünyaya göz açmışdır. Orta məktəbə ilk qədəmlərini Qobustan qəsəbəsindəki
Yusif Əliyev adına 195 saylı tam orta məktəbdə atıb. Hazırda təhsilini Azərbaycan
Milli Konservatoriyası nəzdindəki Respublika İncəsənət Gimnaziyasında təhsilini
davam etdirir. Dərslərini yaxşı oxuyuru. Tarix, Azərbaycan dili və ədəbiyyatı,
fizika fənlərini daha çox sevir.
Leyla körpəlikdə çox aktiv bir uşaq olub. Hər kəsin
sevimlisi idi. O uşaqlığından sərbəst və istəklərini yerinə yetirə biləcək biri
kimi böyümüşdür. Kiçik yaşlarından təsviri incəsənətə xüsusi marağı ilə
seçilirdi. Elə bu maraq onu gimnaziyaya gətirib çıxardı.
Leyla fimnaziyada təhsil aldığı dövrdə təsviri incəsənət
sahəsində bir çox nailiyyətlərə imza atmışdır. Bülbülün 120 illlik yubileyində
rəsm əsərləri və xor ilə çıxış edib. Nar festivalında, “Gənclərə dəstək” lahiyəsində,
“İslam həmrəyliyi oyunlarına dəstək olaq” başlığı altında keçirilən müsabiqədə,
“Bayrağımız qürur mənbəyidir” layihəsind, “Norveç uşaqların gözü ilə” müsabiqəsində,
“Yurdumuza bahar gəlir” və “Payız düşüncələri” başlığı altında keçirilən sərgilərdə
onun da rəsmləri tamaşaçıların ixtiyarına verilib.
“Gül bayramı” sərgisində rəsm və moda üzrə uğur
qazanıb. “Cogrital Coworking” saytında rəsm üzrə I yerə çıxıb və “Heç bir uşağı
nəzərdən qaçırmayaq” başlığı altında olan layihədə rəsm üzrə və s. sərgi və tədbirlərdə
iştirak edib.
Leylanın ən uğurlu günü isə fərdi sərgisinin olduğu
gündür. Çünki bütün sevdikləri bu gözəl günündə onun yanında olublar. Leyla təsviri
incəsənət sahəsində əldə etdiyi nailiyyətlərə görə dəfələrlə fəxri fərman,
diplom, sertifikat və tərifnamələrlə təltif olunub.
Nəaliyyətlərinə görə özünü müəllimlərinə borclu
bilir. Təsviri incəsənət öz dəsti-xətti ilə seçilən bir insan olmaq
arzusundadır.
Memar və ya rəssam olmaq da arzularından biridir.
Uşaqlıqdan bu arzunu gerçəkləşdirmək üçün addım-addım irəliləyir. Gələcəkdə rəssamlıq
təhsilini Amerikada almaq istəyir. Həmçinin beynəlxalq rəsm sərgilərində
iştirak etmək və orada yer tutmaq niyyətindədir.
Комментариев нет:
Отправить комментарий