Şükürov Kənan Rəhman oğlu 4 aprel 2010-cu ildə Lənkəran şəhərinin Şağlaküçə kəndində dünyaya gözlərini açmışdır. Uşaqlıqda çox sakit, mehriban və gülərüz bir uşaq olub. Xoşladığı oyuncaqlarını sökub təzədən yığmağa həvəsli idi. Məktəbəqədər dövrədə "Kaspi kids" tədris mərkəzinə getmişdir. Orda ən çox sevdiyi müəllimi Raidə xanım olmuşdur. Müəllimi Kənana yazıb oxumağı, hesab əməllərini və s. bilgilər öyrətmişdir. Raidə və Nüşabə müəllimin Kənanın üzərində çox böyük əməyi olub.
Təhsilə Xətai rayonu 56 saylı tam orta məktəbdə başlamışdır. Hazırda Nüşabə Paşayevanın rəhbərliyində II sinfində təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur. Sinfin əlaçı şagirdlərindən biridir. Ən sevdiyi fənn Azərbaycan dilidir. Kənanın humanitar fənlərə qarşı daha çox marağı var. Aktiv şagirdlərdən olan Kənan məktəbdə keçirilən tədbirlərdə də yaxindan iştirak edir. "Əlifba" bayramında, "Yeni il" şənliyində, "Novruz" bayramında, "Son zəng" və Kaspi tədris mərkəzində olan tədbirlərdə fəal iştirak etmişdir. Tədbirlərdə əsgər, oğul rolunda və s. rollarda çıxış etmişdir. Gələcəkdə çox çalışaraq ən yüksək zirvəyə ucalmaq istəyir.
Hər zaman ona dəstək olduqlari üçün valideynlərinə və müəllimlərinə öz minnətdarlığını bildirir. Kənanın kumiri isə atasıdır. O gələcəkdə atası kimi ailəcanli və mərhəmətli, xeyirxah biri olmaq istəyir. Polis olmaq Kənanın ən böyük arzularından biridir. Çünki ən xoşladığı peşədi.
Asudə vaxtlarıni atası ilə birgə keçirməyi çox sevir. Balaca müsahibimiz orta məkdəbi müvəffəqiyyətlə bitirib Polis Akademiyasına daxil olmaq sonrada ən çox sevdiyi işdə işləmək istəyir. Balaca müsahibimiz Kənana biz də gələcək həyatında uğurlar arzu edirik. Yolun açıq olsun. Səsin hər zaman zirvələrdən gəlsin!
Комментариев нет:
Отправить комментарий