Məmmədov Ziya
Orxan oğlu 20 aprel 2010- cu ildə Bakı şəhərində anadan olub. Ziya körpəlikdən
çox nadinc və hiperaktiv uşaq olub. O, tez bir zamanda ünsiyyət qurmağı
bacarır. Ziya ən çox böyük qardaşı Əkrəmlə oynamağı sevir. O, hələ bağçada
oxuyan zamandan Əkrəmin məktəb dərslərinə baxıb, hərfləri, oxuma və yazmağı öyrənməyə
can atıb. Ziya 1-ci sinifə getdiyi zaman demək olar ki, sözləri hecalamadan sərbəst
oxumağı bacarıb. Ailələrində böyük övladın şahmatla məşğul olmağı Ziyanında bu
intellektual oyuna həvəsini artırıb. Hələ 4 yaşından artıq şahmat lövhəsindəki
fiqurlarla maraqlanıb. Valideynləri onun bu marağını görüb onu orta məktəbdə təşkil
olunmuş şahmat dərnəyinə yazdırıblar. Artıq günlər keçdikcə müəllimlər Ziyada
bu həvəsin həqiqi bir istəyə, bacarığa dönüşdüyünü görməyə başlayıblar. Məmmədov
Ziya Binəqədi rayonu 83 saylı məktəb liseyin 1-ci sinif Sağlam təhsil sinfinə
daxil olub. Hal-hazırda həmin məktəbin 2-ci sinifində oxuyur. Tez- tez müxtəlif
xarici və ölkədaxili yarışlarda iştirakı ilə əlaqədar olaraq dərsə gedə bilmir.
Lakin buna baxmayaraq dərslərini tam olaraq çatdırır. Onun ən çox sevdiyi fənlər
riyaziyyat, Rus dili və İngilis dilidir. Ziyanın həyatında ən uğurlu və
tanınmağına kömək olan hadisə 2016 ci ilin iyun ayında Yunanıstanın Halkidiki şəhərində
məktəblilərin Şahmat çempionatının qalibi olduğu gündür. Yarışda iştirak etdiyi
zaman 6 yaşlı bir uşaq 7 yaşlılar kateqoriyasında 1-ci yeri qazanıb, dünyada ən
gənc CM ustalığa namizəd tituluna layiq görülüb. Bu hadisə ilə əlaqədar olaraq
yaşadığı Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin müəllimin qəbulunda
olub. Eyni zamanda 2016-ci ilin sentyabr ayında 6-ci mikrorayonda yerləşən 246
saylı məktəbdə yeni dərs ilinin açılışına icra hakimiyyətinin başçısı tərəfindən
dəvət alıb. Daha sonra 2017-ci ilin aprel ayında Ruminiyanın İası şəhərində Məktəblilərin
Şahmat çempionatının 8 yaşadək oğlanların qrupunda 2-ci yerə, həmin ilin iyun
ayında Monteneqro Budva şəhərində 3-cü yerə layiq görülüb. Ziyada bu idman növünə
maraq qardaşı tərəfindən yaransa da, atasının onu bu yolda daha da həvəsləndirməyi,
onunla gecə-gündüz demədən səylə çalışmağı danılmazdı. Onun Ziyanı
ruhlandırması, sən çempionsan və hər zaman yüksəklərə qalxmalısan kimi ifadələri
onu daha da sevindirir və daha da səylə çalışıb öz bacarığını nümayiş etdirməyinə
köməklik edir. O, bizim respublikanın intellektual dahiləri Şəhriyar Məmmədyarov,
Rauf Məmmədov və digərləri kimi güclü şahmatçı olmaq istəyirəm. Dünyada ən
tanınmış Maqnus Karslenə çatmaq və nə vaxtsa onunla birlikdə oynamağı
arzulayır. Əldə etdiyi uğurlarla kifayətlənməyib daha da irəliyə doğru getməyi
və bu yolda büdrəməmək niyyətindədir. Həyatda çətinliklərin çox olmasına
baxmayaraq Ziya onları dəf edəcəyinə və onların öhdəsindən gələcəyinə əmindir.
Gələcəkdə özünü yalnız şahmat sahəsində görür. Lakin nəsə dəyişiklik olsa belə
yenə də şahmat onun həyatının ayrılmaz bir hissəsi olaraq qalacaq. Ziyanın boş
vaxtları çox az olduğundan arada futbolla da məşğul olur. Onun fikirlərinə görə
insan yalnız beynini deyil eyni zamanda fiziki gücünü də inkişaf etdirməlidir.
O, rəsm çakməyi xoşlayır. Ziyada digər şaxmatçılar kimi öz uğurlarıyla
yaddaşlarda qalmaq arzusundadır. O, Avropa çempionu olduqdan sonra bir çox
televiziya verilişlərində və xəbərlərdə onunla bağlı sujetlər hazırlanıb. 2016
ci ildə CBC kanalının xəbərlər bölməsində geniş sujet nümayiş olunub. Daha
sonra Aztv nin 105 FM radiosunda gənc istedadlar adlı verilişə dəvət alıb.
Ardınca 2017ci ildə Mir Beynəlxalq telekanalından çəkilişlərinə dəvət olunub və
onlar Ziya haqqında veriliş hazırlayıb efirdə təqdim ediblər.
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
Комментариев нет:
Отправить комментарий