Azərbaycanımızın istedadlı, zəkası ilə seçilən uşaqlarından biri də Turan
Ceyhun oğlu Bağırovdur. Turan körpəlikdən həssas, canıyanan xasiyyəti, geniş qəlbi
ilə həmişə ətrafdakıların sevgisini qazanıb. Çox məsuliyyətli və zəhmətkeş, həddindən
artıq dost sevərdir. Yaşıdları arasında həmişə diqqət mərkəzində olmağı bacarır
və lider xasiyyəti ilə həmişə seçilir. Çox gözəl nitqə malik olan Turan öz
fikrini səlist bir şəkildə ifadə edərək, qurduğu cümlələrlə tez-tez böyükləri təəcübləndirir.
Turan 13 may 2001-ci ildə Lənkəran şəhərində dünyaya göz açmışdır. İlk
təhsilini Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada alıb. Hazırda isə
Bakı şəhər Binəqədi rayonundakı 102 saylı məktəbdə təhsilini davam etdirir.
Müəllimləri həmişə Turanin digər həmyaşıdlarından fərqləndiyini qeyd
edirdilər. Onun çox güclü qavrama qabiliyətinə malik olduğunu, nəzərindən xırda
detalların belə qaçmadığını xüsusi vurğulayırdılar.
Təhsilə, oxumağa böyük marağı olan balaca Turan hərfləri həvəslə öyrənirdi.
Və artıq 4 yaşında kitablar oxuyurdu.
Turan 15 yaşından şeirlər yazmağa başlayıb. Eləcə də mahnı yazıb,
klip çəkib youtube'a yerləşdirib. Özü çalışıb hərşeyi əldə etməyi xoşlayır.
TİKA-nın (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) "Ailə, sevgi, sədaqət,
həmrəylik məktəbidir" şeir-hekayə müsabiqəsində fərqlənən 10 nəfərdən biri
olduğum üçün diplomla təltif olunmuşdur.
Turan aykido idman növündə imtahandan uğurla keçmişəm göy kəmərə kimi
yüksəlib. İdman sahəsində əldə etdiyi uğurları məllimimi Azər Cəbrayılova
borclu olduğunu qeyd edir.
Hazırda replə ciddi olaraq məşğul olur. Youtube kanalında rep'lərin
paylaşıb. Məhşurluğun ən yüksək zirvəsinə qalxmaq istəyir.
Gələcəkdə bizneslə məşğul olmaq istəyir. Əsas məqsədinin imkanlı biri olaraq insanlara
kömək etmək olduğunu bildirir. Rep fəaliyyətini də davam etdirmək, eyni zamanda
aykidoda da böyük nailiyyətlər əldə etmək fikrindədir.
Turan: - Qeyd etdiyim kimi replərimlə hamının qulaqlarına qonaq olmaq
istəyirəm. Və bu yolla tarixin yaddaşında yaxşı qala biləcəyimi düşünürəm.
Turanin ən böyük arzusu olimpiya çempionu olmaq və təhsilini
Amerikanın top universitetlərindən birində davam etdirmək, savadlı həkim
olmaqdır.
Biz də "İstedadlar.biz" redaksiyasi adından ona uğurlar
arzulayırıq!
Комментариев нет:
Отправить комментарий