elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

5 января 2015 г.

Qasımov Taleh Qabil oğlu

 
 
Qasımov Taleh Qabil oğlu 30 oktyabr 2004-cü ildə Şəmkir şəhərində dünyaya göz açmışdır. Taleh körpəlikdən öz şıltaqlıqları ilə yaxınlarının sevimlisinə çevrilmişdi. Ailənin yeganə övladı olması, onun həmişə diqqət mərkəzində olmasına səbəb olurdu. Sevimli məşğuliyyəti isə idmanla məşğul olmaq, kitablardakı şəkilləri rəngləmək, cizgi filmlərinə baxmaq, oyuncaq maşınlarla oynamaq idi. Hərdən özünü film qəhrəmanlarına bənzədirdi. Valideynlərinin kiçik yaşlarından ona yatması üçün söylədiyi nağılları 4 yaşından özü oxumağa can atırdı. Bu həvəslə Taleh artıq məktəbə gedəndə hərfləri tanıyır, müxtəlif riyazi əməlləri özü sərbəst etməyi bacarırdı. Bu sahədə valideynləri ilə yanaşı, babası İsa Qasımov da xüsusi səy göstərirdi. Babası körpə nəvəsinin onun yoluyla getməsini arzulayırdı. Babası kimi ədalət keşikçisi-hüquqşünas.
İlk təhsilini Şəmkir şəhərində yerləşən 192 saylı məktəbdə almağa başladı. Ailədə olduğu kimi məktəbdə də müəllimlərinin sevimlisinə çevrildi. 194 saylı məktəbdə təhsil almağa başladı və bu təhsil ocağı ona öz yolunu tapmağa yardımçı oldu.
Taleh dərslərini yaxşı oxuyur, sevimli fənləri riyaziyyat və ingilis dilidir. Hələ I sinifdə oxuyanda ingilis dilində olan tədbirdə də iştirak etmişdir. I sinfi əla qiymətlərlə bitirdiyi üçün məktəb tərəfindən tərifnamə ilə təltif olunmuşdur. Taleh boş vaxtlarında babasına kömək etməyi çox sevir.
O, artıq peşə seçimini də edib. İnsanlara sağlam həyat bəxş etmək üçün həkim olmağı qarşısına məqsəd qoymuşdur. Biz də Talehə gələcək həyatında uğur-müvəffəqiyyət arzulayırıq. 

Комментариев нет:

Отправить комментарий