Məmmədli Rüfət Müşfiq oğlu əslən Qarabağlı olsa da
Bakı şəhərində dünyaya göz açmışdır. Adını nənəsi vermişdi. Bu ad ailə üzvləri
tərəfindən rəğbətlə qarşılanmışdır. Uşaqlıqdan ana təbiətə bağlı, həssas biri
olmuşdur. İstənilən şəraitdə düşdüyü mühitdə əvvəl müşahidə aparar, az zaman çərivəsində
ünsiyyət yaradardı.Məktəbə getməmişdən öncə yazıb-oxumağı,saymağı,bir çox şeirləri
çox asanlıqla öyrənmişdi.2010-cu ildə Xətai rayonu 194 saylı məktəbin I sinfinə
daxil olmuşdur. Ən sevimli fənləri Azərbaycan dili, riyaziyyat, informatikadır.
Rüfətin maraqlı keçirdiyi dövrlərdən biri də yay tətilidir.Doğrudur, o, yoldaşlarından
ayrıldığı üçün təəssüflənir. Lakin yay tətilində Ağdam rayonunda nənə,baba
himayəsində maraqlı macəralarla keçirmək ona zövq verir.
Sinif rəhbəri Şəhla müəllimə: “Məktəbə gəldiyi
ilk gündən öz sakit təbiəti, mehribanlığı ilə sinif yoldaşlarından fərqlənib.Rüfət
bütün fənlərə maraq göstərir, verilən tapşırıqlar məsuliyyətlə yanaşır.Öz
hazırcavablığı,zəngin söz ehtiyyatı , güclü yaddaşı ilə hər kəsdən seçilməyi
bacarır. Öz fərqli fikirləri ilə hamını təəccübləndirir. Hər bir hadisəyə
yanaşma yönümü ilə seçilir. Bəzən mənə elə gəlir ki, Rüfət gələcəyin yazıçısı
kimi böyüyür.”
Rüfətin gələcək planları orta məktəbi əla qiymətlərlə
bitirib ali məktəbə qəbul olmaqdır. Həkim olmaq, istər vətənimizdə, istərsə də
xaricdə öz peşəsini layiqincə təmsil etmək onun ən böyük arzusudur.
Biz də Rüfətə bu şərəfli yolda uğurlar arzu edirik!
Комментариев нет:
Отправить комментарий