Azərbaycanımızın istedadlı övladlarından biri də Yunis
Şərif oğlu Məmmədovdur. O, 18 iyun 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Hələ lap kiçik yaşlarından çox şən,
diqqətcil olan Yunis rəsm çəkməyi və topla oynamağı, şəkilli kitabları
xoşlayırdı. Məktəbə gedənə qədər yazıb oxumağı bacarırdı. Bunu ona anası öyrətmişdi.
Hazırda Suraxanı rayonu Vaqif Mirzəyev adına 281 saylı
orta məktəbin III sinfində təhsil alan Yunis dərslərini yaxşı oxuyur. Onun ən
çox sevdiyi fənn riyaziyyat, Azərbaycan dili və rəsmdir. Bununla yanaşı Yunis tədbirlərdə
də aktiv iştirak edir. Hələ lap uşaq bağçasında olarkən müxtəlif tədbirlərdə Molla
Pənah Vaqif, Şaxta Baba rollarını ifa edən Yunis məktəbdə keçirilən açıq dərsdə
Müdrik Qoca rolunu oynayıb.
Əldə etdiyi uğurlara görə ən çox anasına və müəlliminə
minnətdar olduğunu deyən Yunis fəaliyyətindən dolayı çox sevdiyi Ziya babasına
oxşamaq istədiyini bildirir.
O, boş vaxtlarında rəsm çəkməyi və kitablar oxumağı
çox sevir. Bununla yanaşı üzgüçülüyə və rəsm dərnəyinə gedir, eləcə də rəqslə məşğul
olur. Yunis qarşısına məqsəd qoymuşdur ki, ali məktəbə ən yüksək balla daxil
olaraq oranı qırmızı diplomla bitirsin. Eyni zamanda o, gələcək təhsilini Avropada
davam etdirmək istəyir. Onun təsviri incəsənətə də marağı böyükdür. Təsadüfi
deyil ki, əsərləri dünya səviyyəsində tanınan bir rəssam olmaq istəyir.
Xalq rəssamı adına yüksəlmək üçün çoxlu dəyərli əsərlər
yaratmaq fikrindədir. Uğurlarının axarıncı olmasını diləyirik.
Комментариев нет:
Отправить комментарий