Rəsul müəyyən dərəcədə sakit, təmkinli bir uşaq idi. Musiqiyə
sevgisi kiçik yaşlarından yaranmışdı. Yazıb-oxumağı bacarmadığı zamanlarda belə
bəzən sintezatoru qabağına qoyur, nəsə ifa edir, vərəqdə isə yalandan notları
yazırdı. Ondan nə işlə məşğul olduğunu soruşanda, ona musiqi bəstələməyə mane
olmamağı tələb edərdi. Uşaqlıqdan klassik musiqiyə üstünlük verirdi. Hərdən bir
ürəkdən mahnılar oxuyur, vokal dərslərini almaq istədiyini deyirdi.
5 yaşından oxuya bilirdi. Nəsə yazmağı, şəkil çəkməyi
xoşlayırdı. Hərflərə ya heroqliflərə bənzəyən nəsə çəkirdi, ancaq əvvəllər
yalnız sağdan-sola alınırdı. Ona görə deyirdi ki, ərəb dilində yazır.
Rəsulun anasının söylədikləri: “ - Özüm də musiqiçiyəm.
Skripka müəllimiyəm. Bir dəfə Rəsulu işlədiyim məktəbə apardım. Fleyta üzrə həmkarım
ona aləti göstərdi. Uşaq da fleytanı əlinə alan kimi çalmağa cəhd elədi və not
elə təmiz alındı ki, müəllim heyran qaldı. Təriflədi onu, qeyd elədi ki, başqa
uşaqlarda çox nadir hallarda belə təmiz səs alınır, həm də birinci dəfədən. Həmən
gün mənə təklif elədi ki, bu imkanı əldən qaçırtmayım və onu musiqi yoluna
qoyum.”
Rəsul: “ - Bütün
fənnlərdən xoşum gəlir, çünki müəllimlərimlə bəxtim gətirib. Tarixi çox
xoşlayıram, xüsusi ilə muharibə vaxtları haqqında.
Yeni il, Novruz bayramı ilə bağlı mərasimlərdə aktiv
olmuşam. Həm şeir və rəqslərlə çıxış eləmişəm, həm də idman yarışmalarda fəal
olmuşam.
2009-cu il martın 5-də musiqi məktəbinin I sinfində
oxuyarkən Rəşid Behbudov adına Mahnı Teatrında müsabiqədə iştirak etmişəm. Həmin
il dekabrın 12-də Cəfər Cabbarlı adına Teatr Muzeyində trionun üzvü kimi növbəti
konsertdə çıxış etdim. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümünə həsr olunmuş II respublika müsabiqəsinin diplomantı oldum.
Həmçinin Heydər Əliyevin anadan olmasının 90 illik
yubileyi munasibətilə ümumtəhsil və orta ixtisas təhsil müəssisələrinin şagird
və tələbələri arasında II respublika müsabiqəsinin laureatı oldum.
Hər kəs qalib olanda özünü həm həyacanlı, həm xoşbəxt
hiss edir. O qədər xoş söz eşitmişəm, o qədər təbrik almışam. “Palitra”qazetinin
məqaləsində bu nailiyyətlərim haqqında yazılmışdı. Avqust ayında isə mən və müəllimim
105 fm radiosuna dəvət olunduq, müsahibə verdik.
Əldə etdiyim uğurlarda anamın rolu çox böyük idi. Müəllimim
Vasif Huseynov I sinifdən indiyə kimi musiqi təhsilimə rəhbərlik edir.
Böyük Britaniyalı fleytaçı Djeyms Geloey məni çox həvəsləndirir.
Ona baxıb nümunə götürmək olar.
Ən böyük istəyim beynəlxalq musiqi müsabiqələrdə Azərbaycanı
təmsil etmək, qalib olub ölkəmin bayrağını yüksəltməkdir.
Musiqi yolumu davam etdirmək istəyirəm, lakin gələcəkdə
hansı şansları əldə edəcəyimi bilmirəm.
Son zamanlar musiqi və orta məktəbin dərsləri ilə məşğulam.
Boş vaxtım az olur. Çalışıram kitab oxuyum, musiqiyə qulaq asım, dostlarımla və
ailəmlə vaxt keçirim.
Məktəbi bitirib xaricdə Musiqi Akademiyasında təhsili almaq
istəyirəm. Planlarım çoxdur. Azərbaycanın bölgələrində musiqi təhsilinin rolunu
gücləndirmək, genişləndirmək istərdim.”
Комментариев нет:
Отправить комментарий