Xalqımızın yazılmamış qanunlarından biri də adları əbədiləşdirmək
üçün dünyaya gələn uşaqlara nəsildə mövcud olmuş isimləri verməkdir. Növbəti qəhrəmanımız
ata babasının adını daşıyır. O babasının adını doğruldur desək yanılmarıq.
Gəlin qəhrəmanımızla sizi də tanış edək. Köçəri
Aqşin oğlu Nəsibovdur növbəti qəhrəmanımız. O, 31 dekabr 2003-cü ildə Şəmkir
rayonunda dünyaya göz açıb. Körpəlikdə o çox maraqlı və qeyri adi uşaq olub.
Böyüklərə məxsus hərəkətləri, məntiqi, mədəniyyəti ilə seçilib və ətrafındakıları
heyrətləndirib.
Köçəri artıq məktəbə ənə gedqədər oxumağı və yazmağı
bilirdi. Onun məktəbəqədər hazırlıq mərhələsi ilə anası Səkinə xanım məşğul
olurdu.
Qəhrəmanımız orta təhsilə ilk qədəmlərini Bakının Xətai
rayonundakı Humanitar Fənlər Təmayüllü Liseydə atıb. Orada təhsil adığı dövrdə
fəallığı ilə seçilib. Burada təhsil aldığı dövrdə təhsildə, təlimdə əldə
uğurlara görə 3 dəfə tərifnamə və fəxri fərmanla təltif edilib.
Hazırda Heydər Əliyev adına liseydə təhsil alan Köçəri
dərslərini yaxşı oxuyur. Sevimli fənni riyaziyyatdır. Məktəbin ictimai həyatında
da fəal iştirak edir. Gələcəkdə yüksək səviyyəli ali təhsilə yiyələnmək onun ən
böyük arzusudur.
Boş vaxtlarında kitab oxuyur, misallar həll edir,
bilgisayarda oynamaüı xoşlayır.
Sonda gəlin qəhrəmanımızın özünü də dinləyək: “ -
Xoşbəxtliyi yaxşı oxuyub arzularıma çatmaqda görürəm. Məktəb illərində daim müəllimlərimin,
valideynlərimin mən göstərdiyi etimadı doğrultmağa çalışacam. Gələcəkdə məktəbi
əla qiymətlərlə bitirib, xaricdə təhsil almaq istərdim”.
Этот комментарий был удален автором.
ОтветитьУдалитьDayım nəvəsinə uğurlar arzu edirəm.Hər zaman fəxrimiz olsun.Köçərinin əziyyətini çəkənlərə də minnətdarlığımı bildirirəm.Xüsusən də müəllimlərinə.
ОтветитьУдалить