Ləmanın uşaqlığı maraqlı hadisələrlə yadda qalıb. Ləman
uşaqlıqda sakit və təmkinli olub. 3-4 yaşlarında ailəvi uzun bir səyahətə
çıxıb. Qardaş ölkə olan Türkiyənin İstanbul şəhərinə səyahət edib. Orada Ləman
gəmiyə minib türk uşaqları ilə oynadığı günləri, İstambuldan Naxçıvan Muxtar
Respublikasının Ordubad rayonunun Kotam
kəndinə istirahətə gəlməsini heç zaman unuda bilmir.
Ləman məktəbə gedənə kimi şəxsi marağı sayəsində kimsənin
köməyi olmadan yazıb-oxumağı öyrətmişdi. Bu məsələdə nadir hallarda dayısı
uşaqlarının yardımından istifadə edərdi.
Məktəbə ilk qədəmlərini qoyandan sonar ibtidai sinif
müəllimi Kəmalə xanımın sayəsində onun təhsilə marağı daha da artdı.
Dərslərini əla oxuyur. Sevdiyi fənlər riyaziyyat, Azərbaycan
dili, kimya və rus dilidir.
Məktəbdə keçirilən 20 Yanvar tədbirində iştirak edib.
Orada Ləmanın rolu şeir deməkdən ibarət olub.
Olimpiadada I yeri tutduğu günü ən uğurlu günü sayır.
8 Mart tədbirində iştirak etdiyi üçün fəxri fərmanla təltif
olunub.
Əldə etdiyi
uğur və nailiyyətlərə görə müəllimlərinə, valideynlərinə təşəkkür edir.
Fəaliyyətindən dolayı sinif rəhbəri İradə xanıma bənzəmək istəyir.
Ləman uşaqlıqdan həkim olmaq arzusu ilə yaşayır. Karyera
pilləsində baş həkim zirvəsinə qədər yüksəlməyi hədəfləyib.
Asudə vaxtlarında kitab oxumaq, gəzmək, yazı yazmağı
sevir.
Uğurlu həkim kariyerası qurub, əlacı olmayan xəstəliyin
dərmanını taparaq tarixin yaddaşında qalmaq istəyir.
Комментариев нет:
Отправить комментарий