Elçin Qaranızadə adına Hövsan qəsəbəsinin 270 saylı məktəbinin
istedadlı və bacarığı ilə seçilən əlaçı şagirdlərindən Nuranə Əhmədova 26 aprel
2004-cü ildə anadan olmuşdur. O, körpəlikdə ağıllı və sakit uşaq olub. Kitab
oxumaq, şəkil çəkmək və kompyüter oyunları Nuranənin sevimli məşğuliyyətləti
olub. Məktəbə gedənə qədər sərbəst yazıb-oxumağı bacarır, rəngləri və həndəsi
fiqurları tanıyır, müxtəlif rəsmlər çəkirdi. Sərbəst şəkildə yazıb-oxumağı ona
bibisi Nazimə xanım və anası Esmira xanım öyrətmişdir. Nuranənin həyatında ən
uğurlu gün məktəbə ilk addımlarını atdığı gün olub. İlk müəllimi Təyyarə Paşayeva
onun həyatında mühüm rol oynamışdır. Elmin sirlərini öyrətməklə yanaşı, uşaqlarda
vətənpərvərlik hisslərini gücləndirib inkişaf etdirməsi, hər bir şagirdə doğma
övladı kimi yanaşması Nuranədə müəlliminə qarşı rəğbət oyatmışdır.
Hazırda dərslərini əla qiymətlərlə oxuyur. Onun
sevimli fənləri riyaziyyat, Azərbaycan dili və ingilis dili fənləridir. Nuranə əlaçı
olmaqla yanaşı, ictimai işlərdə də fəal iştirak edir. Müxtəlif tədbirlərdə
iştirak edir, hazırlanan kompozisiyalarda şer söyləyir.
Asudə vaxtlarında şəkil çəkməyi, kitab oxumağı və
kompyüter oyunları ilə məşğul olmağı xoşlayır. Nuranə təhsilini əla qiymətlərlə
başa vurub, Bakı Dövlət Universiteninin Hüquq fakültəsinə daxil olmağı və
hüquqşünas olmaq istəyir. Bu fikirə Raisə bacısının BDU-nun hüquq fakültəsinə qəbul
oduğu vaxtdan düşdüyünü qeyd edən Nuranə onda bu sahəyə marağı bacısı Raisənin
oyatdığını bildirir. Hüquqşünas olmaq istəyi ilə yanaşı Nuranə musiqi və rəsmlə
də məşğul olmağı, müxtəlif elmi müsabiqə və olimpiadalarda iştirak etməyi
düşünür .
Həyatda heç kimə oxşamaq istəmirəm və özüm olmaq istəyirəm,
çünki heç kəsi təkrarlamaq istəmirəm - deyən Nuranə hüquqşünas olaraq vətənin
hüquqlarını müdafiə edən dəyərli bir şəxsiyyətə çevrilməyi qarşısına məqsəd
qoymuşdur.
Ona gələcək həyatında planlarını uğurla həyata keçirməyi
arzu edirik.
Комментариев нет:
Отправить комментарий