Məmmədli Lamiyə Ələkbər qızı 15 iyun 2005-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində dünyaya göz açıb. O, körpəlikdən hər şeylə maraqlanan, çoxlu suallar verən, bir az da dəcəl uşaq olub. Saf uşaq qəlbi ilə istər baxdığı cizgi filmlərində, istərsə də həyatda heç bir uşağın, yaxud böyüklərin kədərinə biganə olmayıb. Tez duyğulanan həssas uşaq olub. Məktəb yaşına qədər ədədləri, toplama və çıxma əməllərini, zaman vahidlərini dəqiq hesablayıb deyirdi. Şeirləri intonasiya ilə əzbərdən söləyirdi. Şəkillər çəkir, anasının köməyi ilə hərfləri yazırdı.
2009-cu ildə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Əlifba tədris mərkəzində məktəbəqədər hazırlıq kursu keçib. Təhsilini Bakıxanov qəsəbəsindəki 309 saylı tam orta məktəbdə alan Lamiyə Mədinə Əliyevanın sevimli şagirdlərindən biridir. Ən sevimli fənləri Azərbaycan dili, riyaziyyat, ingilis dilidir. Lamiyə, ibtidai sinif müəllimi Aygün Şirinovanın da zəhməti və qayğısını yüksək qiymətləndirir. Müəlliminə olan sevgisini bildirmək üçün onun adına şeir də yazaraq, müəlliminə hədiyyə edib.
Hazırda sinif rəhbəri olan Mədinə xanım sevimli şagirdi barədə təqdirəlayiq fikirlər söylədi. Onun həmyaşıdlarına nümunə ola biləcək bir şagird olduğunu xüsusi vurğuladı.
Lamiyə kompüter oyunları oynamağı, şahmat oynamağı, tarixi filmlərə baxmağı, heyvanlar aləmindən bəhs edən verilişləri izləməyi çox sevir. Lamiyə bir müddət rəqslə də məşğul olub.
O, özünü valideynlərinə və müəllimlərinə borclu sayır. Yiyələnəcəyi ixtisasda öz yolu, mövqeyi olmasını, uğur qazanaraq öz dəsti-xətti olmasını istəyir.
Məktəbi əla qiymətlərlə bitirib, yüksək balla universitetə qəbul olmağı, müəllimlərinin, valideynlərinin onunla qürur duymasını arzulayır. Hədəfi gələcəkdə hansı sənətə yiyələnməsindən asılı olmayaraq öz sənətinin peşəkarı olmaqdır. Ən əsası isə vətəninə, dövlətinə, millətinə və ailəsinə həqiqi vətəndaş və övlad olmaqdır.
Lamiyə şeir yazmaq qabiliyyətinə malikdir, çox gözəl şeirlər yazır. Bunların arasında “Müəllim”, “Bayrağım”, “Vətənim” şeirlərini sadalaya bilərik. Məktəbdə keçirilən tədbirlərdə də fəal iştirak edən Lamiyə bu tədbirlərdə öz yazdığı şeirlərlə də çıxış edir.
“Bayrağım”
And yerimsən, andımsan, iki gözüm, canımsan,
Ölkələrə səs salan şöhrətimsən, şanımsan!
Başın buludlardadır, zirvələrdən ucasan,
Anamın örpəyisən, namusumsan, bayrağım!
Daim dalğalan deyə neçə igid can verdi,
Analar oğulların yoluna qurban verdi,
Məmməd Əmin Heydərə, Heydər də bizə verdi:
Ulu babalarımdan yadigarsan, bayrağım!
Səndən alır gücünü havam, suyum, torpağım,
“Gəl, səmamda dalğalan!” - səslənir Qarabağım,
Şuşa qalasından mən sənlə bir dalğalanım,
Canımsan, varlığımsan, vüqarımsan, bayrağım!
Rənglərin ən gözəli bayrağımın rəngidir,
Dünyada ən ucası bizim ölkəmizdədir!
Ali baş komandanın daim diqqətindədir:
Bütün Azərbaycanın ilhamısan, bayrağım!
“Müəllim”
Anamtək qayğımı çəkirsən mənim,
Beynimə biliklər əkirsən mənim,
Zehnimə ağılsan, fikirsən mənim,
Gözümdə ən uca varlıqsan, müəllim!
Ulu öndərimin nəvəsiyəm mən,
Atamın, anamın həvəsiyəm mən,
Bağbansan, bağının meyvəsiyəm mən,
Yoluma nur saçan çıraqsan, müəllim!
Üçrəngli bayraqla fəxr edirik biz,
Vətəni sevməyi siz öyrətdiniz!
Elm bir dəryadır, sonsuz bir dəniz,
Üfüqdə parlayan mayaksan, müəllim!
“Vətənim”
“Azərbaycan!” Adın bəsdir!
Varlığın bir əzəmətdir!
Hər qarışın müqəddəsdir,
Səndən aldım şərəfimi!
Şəhriyarın qələmindən,
Səməd Vurğunun vəsfindən,
Füzulinin həvəsindən
Tanıyıram vətənimi!
Şirvan başqa, Mil başqadır,
Naxçıvan bir tamaşadır,
Bakı başının tacıdır,
Sevirəm hər bir səmtini!
Mübarizin vətənisən,
Ciyərindən yaralısan,
Yarana məlhəm eyləsə
Söküb verim ürəyimi!

Комментариев нет:
Отправить комментарий