Eldarova Hülya Vüqar qızı 4 oktyabr 2004-cü ildə
Quba rayonunda anadan olub. Hazırda Quba
rayonu Alekseyevka kənd Rəhman Məmmədov adına məktəbdə təhsil alır.
Valideyinlərinin sözlərinə görə körpəlikdə çox sakit və ağıllı uşaq olub.
Mahnı oxuyur, rəqs etməyi, rəsm çəkməyi xoşlayırdı. 4 yasında yazıb-oxumağı
bilirdi. Bibisi Dünya xanım öyrətmisdi ona yazıb-oxumağı.
Dərslərini əla oxuyur. Hülyanın sevimli fənnləri riyaziyyat, kimya, ingilis dilidir. Məktəbdə keçirilən
bütün tədbirlərdə ifadəli
şeir
söyləmək
və
mahnı oxumaqla fəal iştirak edir.
Ən sevdiyi günü isə məktəblərində keçirilən bilik yarışında komandası ilə
birlikdə I
yer qazanmaqları olub. IV
sinifdə əlaçı olduğuna və
ictimai
işlərdə fəal iştirak etdiyinə,
VI sinifdə
bilik yarışmasında
I
yer olduğuna görə diploma
layiq görülmüşdür. Keçən
il Bakıda Ədilə Hüseynzadənin adına keçirilən müsabiqədə tərifnaməyə layiq
görülmüşdür.
Uğurlarına
görə valideynlərinə və müəllimlərinə minnətaddır. Dərslərini daha da əla oxuyub
ali məktəbə qəbul olmaq istəyir. O,
böyüyəndə həkimi olmaq fikrindədir. Bu fikri 10 yaşından bəri düşünüb bu sənəti seçməyinin səbəbi insanlara yardım
edib onları sevindirməkdir.
Asudə
vaxtlarında kitab oxuyur, pianino ifa edir ya da rəsm çəkir. Abstrakt şəkillər,
mandala, perspektiv, portret şəkillərə daha çox üstünlük verir.
Hüyla
haqqında ilk məlumat “Şəfəq” qəzetini 23 iyun 2016 cı il tarixli 22-23-cü
sayında verilib. Biz də “İstedadlar” redaksiyası olaraq gələcəyin həkiminə
uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий