Əsədullayeva
Sevil Höccət qızı 9 avqust 2005-ci ildə Bakı şəhərində anadan olub. Sevil körpəlikdən
çox aktiv həyat tərzi keçirib. Bir qədər dəcəl, hər şeylə maraqlanan, sual verməyi
xoşlayan uşaq olub. Səyahət etməyi, şəhərdə gəzməyi, yaşıdları ilə oynamağı çox
sevirdi. Hələ kiçik yaşlarından gimnastikaya, rəqsə, musiqiyə, rəsm çəkməyə
marağı çox idi.
Sevil hələ
məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. ABVQD adlı dərnəkdə öyrəndiklərini
nümayiş etdirməyi sevirdi. 3 yaşından sonra valideynləri balaca Sevildə bəzi
idman növlərinə maraq olduğunu hiss ediblər. Televiziyanın idman verilişlərini
izləməklə onda bədii gimnastikaya maraq yaranıb. O , da lentlə, topla olan
fiqurları təkrarlayır, şpaqat açırdı.
2016-cı ildə
I dərəcəli diploma layiq görülüb. 9 iyun 2016-cı ildə ATV kanalında
"Bizimləsən" verilişinin canlı yayımında iştirak edib. Mahnı ifa edərək
final mərhələsinə keçib. 2016-cı ildə Təhsil TV-də "Təbiətin sehrli rəngləri"
sərgisi haqqında yayımlanan verilişin iştirakçısı olub. 2016-cı ilin mayındn
Respublikanın xalq artisti Fidan Hacıyevanın Musiqi Mərkəzində vokal dərsləri
almağa başlayıb. Musiqi ilə yanaşı Sevil həm də T. İsmayılov adına Bakı şəhər
Uşaq və Gənclər Yaradıcılıq Mərkəzində rəsm dərnəyində fəaliyyətə başlayıb.
"Əlvida Payız" sərgisində iştirakına görə diplomla təltif olunub.
"Təbiətin
sehrli rəngləri" sərgisində 2 may 2016-cı ildə diplomla təltif olunub.
Daha sonra "Saf rənglər" sərgisinə təqdim etdiyi "Üç Nar" rəsmini
Yunan səfirliyi alıb və bu vəsait xeyriyyə məqsədilə xəstə uşaqlara yardım üçün
ödənilib.
Sevilin həyatındakı
ən maraqlı günü Fidan Hacıyevanın onun səsini bəyəndiyi və musiqi mərkəzinə qəbul
etdiyi gün olub.
Sevil əldə
etdiyi uğur və nailiyyətlərə görə özünü ailəsinə və müəllimlərinə borclu bilir.
Комментариев нет:
Отправить комментарий