Kəlbəliyeva Əzizə Sənan qızı 19 sentyabr 2003-cü ildə Bakı şəhərində
anadan olub. Əzizə ilə müsahibə zamanı öncə valideynlərindən onun haqqında
danışmağı xahiş etdik. Valideynləri Əzizə barədə bunları dedilər:
"Övladımız körpəlikdən sakit, sözə qulaq asan olub. Uşaqlıqda şəkil çəkməyi
çox sevərdi. Daha çox müxtəlif formalı
paltar şəkilləri çəkərdi. Məktəbə getməzdən əvvəl müəyyən qədər hərfləri və rəqəmləri
tanıyırdı. Mən (anası) və müəlliməsi bunları Əzizəyə öyrətmişdik. 7 yaşından
sonra şahmata böyük həvəsi yarandı. Bir neçə ildən sonra artıq peşəkar şəkildə
öyrənməyə başladı."
İlk dəfə 133 saylı tam orta məktəbdə elm həyatına qədəm qoyan Əzizə
hazırda Elitar Gimnaziyada təhsilini davam etdirməkdədir. Dərslərini yaxşı
oxuyur. Tədris olunan fənlərin arasında onun ən çox sevdiyi fənn tarix fənnidir.
Demək olar ki, məktəbin bütün tədbirlərində fəal iştirak edir. Tədbirlərdə onun
iştirakı əsasən, şeirlə və müxtəlif kəlamlarla
olub.
Əzizədən ən uğurlu və yaddaqalan günləri haqqında soruşduqda bildirdi
ki, ən uğurlu günü Milli Dirçəliş gününə həsr olunmuş dərəcə yarışında 4-cü dərəcə
aldığı gün olub.
Gələcək fəaliyyətində ailə üzvlərini örnək alan müsahibimiz 1-ci dərəcəni qızıl medalla almağı arzulayır.
Uşaqlıqdan dizayner olmaq istədiyini deyir. Asudə vaxtlarında əl işləri düzəltmək
və şahmata dair məsələlər həll etməklə məşğul olur. Ən böyük hədəfi universitetə
daxil olmaqdır. Daim öz üzərində işləməli olduğunu etiraf edir və bildirir ki,
dərslərini yaxşı oxuyaraq, daha çox uğur qazanaraq tarixin yaddaşına adını
yazdıra bilər.
Müsahibimizə uğurlarının davamlı olmağını arzulayırıq!
Комментариев нет:
Отправить комментарий