İbrahimov Hüseyn Müşviq oğlu 9 dekabr 2009-cu ildə
Göyçay şəhərində anadan olub. Valideyinlərinin sözlərinə görə çox sakit uşaq
olub. Topla, maşınla oynamağı sevirdi. 5 yaşından yazıb-oxumağı anasının köməyilə
yazıb-oxumağı öyrənmişdi. Hüseynin təhsilə
həvəs göstərməsind böyük qardaşlarının da danılmaz rolu olub.
Göyçay şəhər Ziya Bünyadov adına 3 saylı orta məktəbin
I sinif şagirdidir. Dərslərini yaxşı oxuyur, bütün fənləri sevərək öyrənir. Məktəbdə
keçirilən Yeni il şənliyində Şaxta Baba rolunu oynayıb. Yeni ilin gəlişinə
bütün uşaqlar kimi sevinən balaca Hüseyn bu rolu uğurla başa vurub müəllimlərin
və şagird dostlarının rəğbətini qazanıb.
Sinif rəhbəri Kəmalə Səmədova: Hüseyn dərslərini əla
oxuması, tərbiyəsi, ağlı, səmimiyyəti ilə özünü həm müəllimlərinə, həm də sinif
yoldaşlarına sevdirməyi bacarıb.
Tarixin yaddaşında uğurları ilə yaşamaq istəyir. Gələcəklə
bağlı hansı peşənin sahibi olacağını indilik zamanın ixtiyarına buraxan Hüseyn qazandığı
uğurlara görə valideyinlərinə borclu
olduğunu deyir.
Onun idealı prezident İlham Əliyevdir. Hüseyn ölkəmizin
başçısına oxşamaq istəyir. Səbəb isə xalqına,
millətinə qayğıkeş olmaq və vətənimizdə quruculuq işləri aparaq istəməsidir.
Boş vaxtlarında dünya ölkələrini xəritədə öyrənmək
və bayraqlarını çəkməklə məşğul olur. Qış ayında dünyaya gəldiyinə görə qış fəslini
daha çox sevir təbiətin ağ qarla örtülməsi Hüseynin hədsiz xoşuna gəlir.
İstedadlar
redaksiyası olaraq Hüseynə gələcək həyatında, dərslərində uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий