Azərbaycanın istedadlı gənclərindən biri də Tağıyeva Günay Teymur qızıdır. Günay 2007-ci il mayın 7-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olmuşdur. Hazırda Tovuz rayonu N. Tusi adına məktəb-liseyin IV sinfində təhsil alır. Günay körpəlikdən çox sakit olsa da, daim dostları, ailəsi tərəfindən sevilib-seçilən uşaq olmuşdur. Uşaqlıqdan yazıb-oxumağa böyük həvəsi olan Günay çox ağıllı, maraq dairəsi geniş, hər şeydən özü üçün məşğuliyyət tapan istedadlarımızdandır.
Günay asudə vaxtlarında bir çox yaşıdlarından fərqli olaraq kitab oxumağa, yazı-pozu ilə məşğul olmağa can atır. Kompüterə, texnikaya böyük həvəsi olan Günay bu vasitələrdən oyun oynamaq, əyləncə məqsədilə deyil, məhz öz bilik və bacarıqlarını daha da genişləndirmək üçün istifadə edir.
Günay məktəbdə əlaçıdır və məktəbin “Şərəf lövhəsi”ndə I sinifdən bu günə qədər onun şəkli var. İstedadlı balacamızın ən sevdiyi fənlər riyaziyyat, ingilis və Azərbaycan dilləridi. O, məktəbin təşkil etdiyi tədbirlərdə çıxış etmiş, şeirlər söyləmiş və bir sıra rollarda yer almışdır. Günay məktəb tədbirlərinin birində "Məktəbli qız" dialoqunda məktəbli qız rolunda çıxış etmiş, çıxışı müəllimləri və məktəb rəhbərliyi tərəfindən rəğbətlə qarşılanmışdır. O, həmçinin Əlifba bayramında “Turp nağılı” səhnəciyində aparıcı kimi çıxış etmiş və bir sıra şeirlər söyləmişdir.
Günay əldə etdiyi nailiyyətlərinə görə ilk növbədə valideynlərinə və müəllimlərinə borcludur. İqtisadçı olmaq istəyir. Uşaqlıqdan bu sahəyə həvəsi olan Günay bu yolda özünə atasını örnək bilmiş və onun kimi iqtisadçı olmaq arzusundadır.
Günay boş vaxtlarında şəkil çəkməyi çox xoşlayır və çəkdiyi şəkillərin bir qismi məktəbdə keçirilən sərgi-müsabiqələrdə yer almışdır.
Günay öz istedadı, bacarığı ilə daima yaşıdlarından fərqlənir. Biz də öz növbəmizdə arzu və məqsədləri böyük olan Günaya uğurlar arzu edir və dərslərində müvəffəqiyyətlər arzu edirik.
Комментариев нет:
Отправить комментарий