Məhruzə Azər qızı Hacızadə 31 mart 2003-cü ildə Bakı şəhərində anadan
olub. Məhruzə körpəlikdə sakit qız olub. Anası onun körpəliyini belə
xatırlayır: “Ağlı kəsər-kəsməz oynadığı gəlinciklərə bəzək verməyindən onun
maraq dünyasını müəyyənləşdirmişdik. Biz ona rəngli karandaşlar alıb verdik. O,
ilk dəfə gül və sərçə şəkli çəkib rəngləmişdi. 5 yaşında məktəb proqramını
bildiyi üçün o, məktəbə qəbul oldu. Məhruzənin 3-4 yaşından rəssamlığa
bağlılığı var idi. Məhruzənin 5 yaşı olanda Sara Əfəndiyevanın yanına məşğələlərə
qoydum. O gündən indiyə qədər Məhruzə Sara müəllimin yanına məşğələlərə gedir”.
Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. İlk təhsilini 176 №-li məktəbdə
alıb. Hazırda isə 173 №-li məktəbin IX sinif şagirdidir. Dərslərini yaxşı
oxuyur. Ən çox sevdiyi fənlər Azərbaycan dili, ingilis dili, ədəbiyyat, təsviri
incəsənətdir. Məktəbdə keçirlən tədbirlərdə fəal iştirak edir. Hazırda Vaqif Mustafazadə
adına 2 №-li musiqi məktəbinə daxil olub. Bu məktəbdə də bir çox nailiyyətlərə
imza atıb. Diplomları, sertifikatları var. 2014-ci ildə təsviri-tətbiqi sənət
sahəsində qazandığı uğurlara, tədris ilində nümunəvi təlim və tərbiyəsinə görə
təltif olunub. 30 may 2014-cü ildə Azərbaycan Respublikası Vergilər
Nazirliyinin 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Vergi
uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində III yerin qalibi olub, diplomla təltif
olunub. 2016-ci ildə kimya-biologiya gecəsində “Xlor” adlı təqdimatına görə
diplom qazanıb. Xocalı soyqırımı faciəsinin ildönümünə həsr olunmuş sərgidə
sertfikatla mükafatlandırııb. Hollandiya kralının doğum gününə həsr olunmuş sərgidə
diplom alıb. Əldə etdiyi nailiyyətlərə görə müəllimlərə və valideynlərinə minnətdardır.
Faliyətindən dolayı Sakit Məmmədov və Akşin Kazımova oxşamaq istəyir.
Ən yüksək zirvələrdə olmağı azrulayır. Gələcəkdə Əzim Əzimzadə adına kollecdə oxumaq
və akademiyaya qəbul olmaq istəyir. Gələcəkdə tanımış rəssamlardan olmaq istəyir.
Asudə vaxtlarında kitab oxuyur, musiqiyə qulaq asaraq rəsmlər çəkir.
Biz də Məhruzəyə həyat yollarında uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий