Aydan Qurban qızı Qurbanlı 16 avqust 2000-ci ildə Bakı
şəhərində dünyaya gəlib.
Aydan 226 saylı məktəbin əlaçı və istedadlı şagirdlərindən
biridir. O , uşaqlıqda sakit və təmkinli biri olub. Məktəbə gedənə kimi oxumağı
bacarırdı ki, bunu da valideynləri öyrətmişdi.
Bağçaya getdiyi vaxtlarda fortepianoya və ümumiyyətlə musiqiyə böyük maraq göstərmişdir.
Aydan bir qayda olaraq bütün fənləri əla oxumağa çalışır.
Lakin ən sevimli fənləri musiqi, Azərbaycan dili, ədəbiyyat və tarixdir. Dərslərini
yaxşı oxumaqla yanaşı, ictimai işlərdə aktiv fəaliyyət göstərir. Təsadüfi deyil
ki, keçirilən tədbirlərdə fəal iştirak edərək fərqlənmişdir. Belə ki, mərhum
prezident Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş Uşaq Musiqi
və İncəsənət Məktəbləri şagirdlərinin fortepiano ansamblı və müşayiəti üzrə
respublika müsabiqəsində uğurla çıxış edərək diplomla təltif olunmuşdur. Bu
Aydanın həyatında qazandığı ilk uğur, sevincli anı olmuşdur. Bundan başqa 2012/2013-cü
tədris ilində göstərdiyi uğurlu nəticələrə görə fəxri fərmanla təltif
olunmuşdur. 2013/2014-cü tədris ilində məktəbdaxili müsabiqədə yaxşı pyes
ifasına görə də fəxri fərmanla təltif olunmuşdur.
Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət universitetinə qəbul olmaq və peşəkar musiqiçi olmaq istəyir.
Yaxşı bir musiqiçi olub bu sahədə öz dəst-xəttini yaradan, möhürünü qoyan biri
olmaq istəyir.
Ona uğurlar
arzulayırıq.
Комментариев нет:
Отправить комментарий