Azərbaycanımızı yüksəklərə qaldıra biləcək, millətin gələcəyi
olan istedadlı şagirdlərimizdən biri də 66 saylı Tərəqqi liseyində təhsil alan
Süleyman Dənizdir. O, uşaqlıqda şıltaq, hər kəsi sevən, özündən böyük və
yaşlılarla asanlıqla ünsiyyətə girməyi bacaran biri olub. Dəniz uşaqlıq dövründə
rəqs etməyi, şəkil çəkdirməyi, müxtəlif cür fotosessiyaları çox sevərdi. Hələ məktəbə
gedənə qədər nəinki yazıb-oxumağı bacarır, eyni zamanda müxtəlif həcmli şeirlər,
hekayələr əzbərləməyi, nağıllar oxumağı çox sevərdi. Dəniz həm anasından, həm də
atasında irsi qabiliyyətləri götürmüşdür. Təsadüfi deyil ki, istedad genetik
olur. Lakin buna rəğmən onun maraq dairəsi olduqca genişdir. Hazırda o, Tərəqqi
liseyində təhsilini davam etdirir. Liseyin əlaçı və aktiv şagirdlərindəndir.
Onun ən çox sevdiyi fənlər riyaziyyat, ingilis dili və ədəbiyyatdır. Hələ çox gənc
və məktəbli olmasına baxmayaraq bir çox uğurlara imza atıb. Liseyin bayram və
digər tədbirlərində aktiv iştirak edir. Beynəlxalq layihələrdə də uğurlar əldə
edib. Ilk iştirak etdiyi beynəlxaəq layihə Procter 8 Gamble olimpiya oyunları
üçün hazırlanan reklam çarxları olmuşdur. Bu reklam çarxları 2013-cü ilin
mart-dekabr ayları ərzində bütün televiziya kanallarında nümayiş etdirilmişdir.
Bundan başqa “Sergent Major” butikinin açılışında və həmin şirkətin reklam çarxlarında da fəal
iştirakı ilə yadda qalmışdır. Belə ki, bu uğuru “Ego” jurnalının 30.03.2012
buraxılışında işıqlandırılmışdır. Dənizin uğurları bununla bitmir. O uşaq
dünyası tele-verilişlərində bir sıra rəqslər də ifa etmişdir. İncəsənətin bir
çox sahələrinə maraq göstərən Dəniz “uşaq azadlığı”, “Vətənimizə məhəbbət” və
“Dünyamızı qoruyun” mövzularını işləmişdir və onlara daha çox üstünlük verir.
Qazandığı uğurlara görə 20.10.2014-cü illərdə bir sıra diplom və fəxri fərmanlarla
təltif edilmişdir. O, asudə vaxtlarında şəkil çəkir, dərslərinin hər hansı
mövzusu barədə araşdırmalar apararaq ona uyğun təqdimatlar (Slide show)
hazırlayır. Onun dərslərə olan marağı və məsuliyyətli şagird kimi aktiv fəaliyyəti
müəllimləri tərəfindən yüksək qiymətləndirilir. Uşaqlıqdan dizayner olmağı
fikirləşsə də bu yaxınlarda itirdiyi
babasının arzusunu həyata keçirmək üçün
göz həkimi olmağı planlaşdırır. Öz məqsədinə çatıb hər zaman zirvələrə doğru
qalxmaq və cəmiyyətimizə xalqımıza xeyirli vətəndaş ailəsinə layiqli övlad olmağı arzulayırıq.
Ona bütün məqəsdlərinə
çatmasını və hər zaman yeni zirvələr fəth etməsini arzulayırıq.
Комментариев нет:
Отправить комментарий