Nəsirova Rəna Elçin qızı 1993-cü il sentyabr ayının
10-da Xırdalan şəhərində ziyalı ailədə dünyaya göz açıb. Anası Gülyaz xanım
qızının hər zaman gözəl və təravətli qalması üçün ona “gözəllik ilahəsi” anlamı
ifadə edən “Rəna” adını verib.
Rəna artıq 5 yaşında olarkən azərbaycan dili və rus
dillərində tam yazıb oxuya bilirdi.Bu qabiliyyətinə görə məktəbə tələb olunan
yaşdan daha erkən başlayıb.Xırdalan şəhər 2 saylı orta məktəbdə təhsil alan Rəna
2010-cu ildə elə həmin məktəbi bitirərək Bakı Dövlət Universiteti Beynəlxalq
Münasibətlər və İqtisadiyyat fakültəsinə qəbul olmuşdur. Təhsildən əlavə bir
çox əlavə məşğuliyyətləri olan Rəna həm də musiqiçidir..Musiqi məktəbinin
fortepiano şöbəsini fərqlənmə ilə bitirmiş, bir sıra beynəlxalq və yerli musiqi
yarışmaların qalibi olmuşdur. Bundan başqa professional olaraq karate,
volleyboll və basketbolla məşğul olmuşdur.Universitetdə oxuyan zaman isə sosial
aktivliyindən geri qalmamış, bir sıra dövlət səviyyəsində keçirilən
konfranslarda və tədbirlərdə iştirak etmiş, eyni zamanda bir neçə xarici ölkələrdə
Azərbaycanı layiqincə təmsil etmişəm. Xarici səfərlərinin əsas məqsədi
ixtisasından asılı olaraq “simulasiya oyunları” və bu oyunlarda Azərbaycanı təmsil
etmək olmuşdur.
Rəna Nəsirova 2011-ci ildə BDU-da keçirilən “İƏT
Model-simulasiya oyunları”nın qalibi olmuş və Türkiyədə keçirilən beynəlxalq
“İƏT Modeli”nin iştirak edərək komandası ilə birlikdə II yerə layiq
görülmüşdür. Bundan əlavə 2012-2013-cü illərdə layihə çərçivəsində təşkilatçı və
qrup rəhbəri kimi Kazanda və Malayziyada keçirilən “İƏT Modelinin” iştirakçı
olmuşdur. Ukraynada keçirilən BMT Simulasiya oyunlarında da iştirak etmiş və
diplomla təltif olunmuşdur. 2012-ci ildə BDU-nun rektoru, akademik Abel Məhərrəmov
tərəfindən “İlin ən yaxşı tələbəsi” nominasiyası üzrə diplomla təltif
edilmişdir. Bir neçə il Azərbaycanda diplomatik status daşıyan beynəlxalq təşkilatda
çalışan Rəna hazırda Azərbaycan Radio və Televiziya QSC-nin xarici əlaqələr
departamentində aparıcı mütəxəssis və eyni zamanda ingilis dilində əsas xəbər
aparıcısı və redaktoru vəzifəsində çalışır.
Gələcəkdə aldığı bütün təcrübəyə və biliklərə əsaslanaraq
daha da irəli getməyi planlaşdırır.
Rəna deyir ki, nə qədər ki yanımda güclü atam,
mehriban və qayğıkeş anam, ağıllı bacım var mən xoşbəxtəm! Nə qədər ki ətrafımda
məni sevən insanlar, mənim ailəm, vəfalı dostlarım və sevdiyim karyeram və sənətim
var demək mən xoşbəxtəm. Hər yeni günə göz açmağı Allah mənə nəsib edirsə demək
mən xoşbəxtəm…
Комментариев нет:
Отправить комментарий