elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

28 ноября 2014 г.

Gündüz Ziyafət oğlu Hüseynov


Qəhrəmanımızın əsl adı Gündüz olsa da, ailə üzvləri onu Həsən çağırır.
Gündüz 24 fevral 2002-ci ildə Bülbülə qəsəbəsində doğulub. Uşaq vaxtı çox gözəl, sevimli, tərbiyəli uşaq olub. Hələ 4 yaşı olanda 100-dən çox şeir bilirdi. Bunları ona Məfkurə nənəsi öyrətmişdi. 313 saylı uşaq bağçasında müəllimlərin sevimlisi idi. Heyvanları sevir, onlara şəfqət və mərhəmət göstərirdi.
Gündüz Ziyafət oğlu Hüseynov Bülbülə qəsəbəsindəki Dilavər Məmmədzadə adına 232 saylı məktəbin VII sinif şagirdidir. Məktəbə gedəndə yazıb-oxumağı bağçada Mükafat xanımdan, məktəbdə isə ilk müəllimi Mehriban xanımdan öyrənib. Damanı, üzgüçülüyü sevirdi, pianoya marağı böyük idi. 3 saylı Uşaq Musiqi Məktəbinə qəbul olunanda Gündüzün cəmi 8 yaşı var idi. Musiqi müəllimi Emiliya xanım də ilk dərslərdən Gündüzün çox istedadlı olmasını vurğulayır, onunla işləməkdən zövq aldığını deyirdi. Zamanla Gündüz fortepiano sinfinin sevilən tələbələrindən oldu.
Məktəbin bütün tədbirlərində fəal iştirak edir. Buna görə dəfələrlə məktəbin, Təhsil Şöbəsinin fəxri diplomlarını alıb. Orta məktəbdə sevdiyi fənlər ədəbiyyat və tarixdir. Bu səbəbdən valideynləri onun jurnalist olacağını düşünürdü, ta ki Gündüz fikrini bildirənə qədər. Gündüz hüquqşünas olmaq istədiyini bildirdi. Valideynləri də bu arzusunu yerinə yetirməsi üçün ona kömək göstərir.
Gündüz qəlbən həssas uşaqdır. Valideynləri bildirir ki, Gündüz öz doğum günündən çox ondan 7 yaş kiçik olan qardaşı Hüseynin doğum günündə sevinir. O balaca qardaşını dərin məhəbbətlə sevir.
Gündüz saf qəlblidir, tam qəlbiylə islam dininə bağlıdır. Balaca qəlbində islam eşqi yaşadır və islam əxlaqında böyüyür.  Özündən böyüklərə ehtiramla yanaşır, hörmət edir. Özündən kiçikləri isə sevir və qayğısına qalır.
Biz də Gündüzə təhsilində müvəffəqiyyət, çox sevdiyi hüquqşünas peşəsinə sahib olmağı və vətənpərvər insan, vətəninə, valideynlərinə layiqli övlad olmağı arzu edirik. 

Комментариев нет:

Отправить комментарий