Kənan Xəzər oğlu Mirzəyev 18 sentyabr 1997-ci ildə
Bakı şəhərində dünyaya gəlib. Uşaqlıqdan musiqi dinləməyi, futbol oynamağı
sevirdi.Məktəbə getməmişdən öncə yazıb-oxumağı dayısı Pərviz Mirzəyev öyrətmişdi.
Şüvəlan qəsəbəsindəki İ. Muradov adına
237 saylı orta məktəbdə təhsil alır.
Kənanın musiqiyə marağı 10 yaşında yaranıb. Buna səbəb
musiqiçi ailəsində böyüməyi, layla yerinə xalq mahnılarını dinləməsi idi. Babaları - Sabir Mirzəyev, Habil Mirzəyev
tanınmış xanəndə olublar. Kənanda musiqiyə marağı dayısı Nemət Mirzəyev
yaratdı. Dayısı ilə birlikdə el şənliklərinə gedən Kənan qarmon alətində öz
isdedadını yoxlamaq istəyir. Dayısının məsləhəti ilə 13 yaşında 17 saylı Uşaq
Musiqi Məktəbinə daxil olur. Burada Kənana Azərbaycan muğamlarını, xalq
mahnılarını müəllimi Natiq Cabbarov mükəmməl şəkildə öyrədir. Kənan həmçinin məktəbdəki
tədbirlərdə fəal iştirak edir, öz isdedadını nümayiş etdirir.
Eyni zamanda dərsləri ilə də ciddi məşğul olur. Coğrafiya,
biologiya və ədəbiyyat fənnini daha çox sevir. Ədəbiyyata, incəsənətə marağı
onu gələcək arzularına gedən yola aparır.
Mədəniyyət və İncəsənət Universitetinə daxil olmaq istəyir.
Kənan gələcəkdə məhşur qarmon ustadı olmaq, həm Azərbaycanda həm də xaricdə bu
sənəti layiqincə davam etdirmək arzusundadır.
Комментариев нет:
Отправить комментарий