Hüseynova Cahan Eldəniz qızı 7 mart 2006-cı ildə Bakı
şəhərində dünyaya göz açıb. Hövsan qəsəbəsindəki Mehdi Mehdiyev adına 280 saylı
məktəbin şagirdidir.
Cahan körpəlikdə çox sakit uşaq olub. Məktəbə gedənə qədər
hərfləri artıq öyrənmişdi. Cahan dərslərini əla qiymətlərlə oxuyur, ən sevdiyi
fənn riyaziyyatdır. Həyatda ən maraqlı və uğurlu günü ilk dəfə məktəbə qədəm
qoyduğu gündür. Əldə etdiyi uğur və nailiyyətlərə görə ilk növbədə sinif rəhbəri
Gülnar xanıma və valideynlərinə borclu olduğunu düşünür.
Fəaliyyətindən dolayı dayısı Əfqana oxşamaq istəyir.
Dayısının üstündəki zəhmətini dəyərləndirir. Ürəyindəki arzusu məktəbi
bitirdikdən sonra ibtidai sinif müəllimi olmaqdir. Bu fikrə o sinif rəhbərindən
ilhamlanaraq gəlib.
Cahan asudə vaxtlarini maraqlı kitablar və jurnallar
oxumaqla keçirir. Gələcək planları məktəbi əla qiymətlərlə bitirib istədiyi sənətə
yiyələnmək, ürəyindəki arzuların həyata keçirməkdir. Torpaqlarımızın düşmənlərimizdən
geri alınması, öz yurd-yuvalarından didərgin düşən həmvətənlərimizin
torpaqlarına qayıtması bu balaca vətənpərvər şagirdimizin ən böyük istəyidir.
Комментариев нет:
Отправить комментарий