Ülvi Qurban oğlu Qurbanlı 16 avqust 2000-ci ildə Bakı
şəhərində dünyaya göz açıb. O, uşaqlıqda sakit biri olub və erkən dil açıb. 2-3
yaşında valideynləri ona şeir öyrədərkən
yaxşı yaddaş və qavrama qabiliyyətinin olmasını müşahidə etmişlər.
Ülvi məktəbə gedənə qədər bəzi rəqəmləri tanıyıb
yazmağı bacarırdı. Bunları Ülviyə anası Kəmalə xanım öyrətmişdi. Hələ kiçik yaşlarından onda şeiriyyata və riyazi əməllərə maraq olmuşdur.
O, uşaq bağçasına getdiyi dövrdən aktivliyi ilə seçilmişdir. Belə ki, keçirilən
tədbirlərdə fəak iştirak etmişdir. Yeni il, Novruz bayramı ilə əlaqədar təşkil
olunan yarışlarda iştirak edərək, şeirlər söyləmiş, cizgi film qəhrəmanlarının
rolunu oynamışdır.
Hazırda 226 saylı məktəbdə təhsil alan Ülvi məktəbin əlaçı
və ən aktiv şagirdlərindən biridir. Onun sevimli fənni riyaziyyatdır. Əlaçı
olmaqla yanaşı, bir sıra olimpiada və
müsabiqələrin qalibi olmuşdur. Hələ II sinifdə oxuyarkən o, bilik yarışmasının
qalibi olmuşdur. V sinif şagirdləri arasında
keçirilən riyaziyyat fənni üzrə yarışmada qalib olmuş və diplomla təltif
olunmuşdur.
Ülvi məktəbdə təşkil olunan tədbirlərdə də fəal
iştirakı ilə seçilir. Azərbaycan televiziya kanalının verilişlərindən birində
şeir də söyləyib. Dərslərini yaxşı oxumaqla yanaşı, asudə vaxtlarını da baş keçirmir.
Boş vaxtlarında kitab oxumağı, klassik və caz musiqilərinə
qulaq asmağı xoşlayır. Əldə etdiyi uğurlara görə valideynlərinə və müəllimlərinə
minnətdar olduğunu bildirən Ülvinin ən birinci hədəfi tələbə adını qazanmaqdır.
O, hüquqşünas olmaq istəyir: “ - Məktəbi bitirib universitetə qəbul olmaq,
bitirdikdən sonra hərbi xidmətə yollanıb, vətənə olan borcunu layiqincə yerinə
yetirib, geriyə dönüb öz ixtisası üzrə işləmək istəyirəm. Öz çalışdığım sahədə
yeni nailiyyətlər, kəşvlər, qanunlar ərsəyə gətirməklə tarixin yaddaşında yaşamaq
istəyirəm”.
Комментариев нет:
Отправить комментарий