Məmmədov Loğman Elşən oğlu 25 fevral 2004-cü il tarixində Bakı şəhərində
anadan olmuşdur. Körpəlikdə çox sakit uşaq olan Loğman maşın oyuncaqları ilə
oynamağı çox sevirdi. Artıq dörd yaşında yazıb-oxumağı bacarırdı. Məktəbəqədər
hazırlıq kurslarına gedirdi.
Həmin vaxtlar ingilis dilində də öyrənməyə çalışır və buna xüsusi
maraq göstərirdi. Məktəb yaşı çatanda Loğman hazırda təhsil aldığı 66 saylı Tərəqqi
liseyinə ilk addım ataraq təhsil almağa başladı. Təsadüfi deyil ki, onun sevdiyi fənlər içərisində
ingilis dili və riyaziyyat xüsusi yer tutur. Loğman dərslərini əla oxuyur,
nümunəvi şagirdlərdəndir. Bununla yanaşı məktəbdə keçirilən tədbirlərdə fəal
iştirak edir. Şeir söyləməyi çox sevir. Keçirilən tədbirlərdə şeirlər söyləyir.
O asudə vaxtlarını da boş keçirmir. Belə ki, boş vaxtlarında kitab oxuyur, kompyüterlə məşğul
olur, internetdən maraqlı məlumatlar toplayaraq dünyagörüşünü artırır və rəqs
etməyi də xoşlayır. Loğman əlaçı olmasına, çalışqanlığına və aktivliyinə görə təhsil
aldığı lisey tərəfindən fəxri fərmanlarla
mükafatlandırılmışdır.
Atası kimi iqtisadçı olmağı istəyən Loğman gələcəkdə ən yüksək zirvələrə
çatmağı qarşısına məqsəd qoymuşdur. O, xalqına yararlı bir insan kimi yetişməyi
arzulayır. Arzu və məqsədlərinə doğru inamla addımlamaqda ona uğurlar arzulayırıq.
Комментариев нет:
Отправить комментарий