Quluzadə Qulu Bakir oğlu 9 sentyabr 2002-ci ildə Bakı
şəhərində dünyaya göz açmışdır. Valideynləri doğma Laçının həsrətində idi. Buna
görə də balaca Qulunu vətənpərvər ruhda tərbiyə etmişdilər.
Məktəbə getməmişdən öncə anası ona yazıb-oxumağı həmçinin
“Azərbaycan” şeirini öyrətmişdi. İlk təhsilini elə yaşadığı qəsəbədə yerləşən
İ. Muradov adına 237 saylı məktəbdə
almağa başlayır. Məktəbdə bütün fənnləri sevə-sevə oxuyur. Lakin ən sevimli fənni
Azərbaycan dilidir. 10 yaşından sözləri tərsinə söyləməyi bacarır. Məktəbdə təşkil
olunmuş tədbirlərlə yanaşı, 28saylı Uşaq Yaradıcılıq Mərkəzində bədii qiraət dərnəyində
də öz məharətini göstərmiş, vətənpərvər ruhda şeirləri ilə yaddaşlarda
qalmışdır. Qulunun idmana, qarmon alətinə olan marağı onu kiçik yaşlarından
yaşıdlarından seçilməsinə imkan yaratmışdı. Valideynlərinin təşəbbüsü ilə bu
isdedadı kamilləşdirməyə yönəldilmişdi. Buna baxmayaraq o, gələcək məqsədinə
çatmaq üçün dərslərini əla qiymətlərlə oxuyur.
Vətən torpaqlarını düşməndən azad etmək onun ən böyük
arzusudur. Bu şərəfli yolda Qulu hər cür fədəkarlığa hazırdır. Qulu polis
olmaq, bu sahədə irəli getmək,qazandığı zəhmət haqqı ilə kimsəsiz uşaqlara, kasıblara
əl tutmağı qarşısına məqsəd qoymuşdur. Lakin o, hamıdan fərqli yaddaqalan, vicdanlı
bir işçi olmaq istəyir.
Комментариев нет:
Отправить комментарий