Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi formalaşmasında
şübhəsiz ki, gənclərimizin rolu əvəzedilməzdir. İstedadlı, vətənpərvər gənclərimiz,
igid oğullarımız vaxtilə müstəqilliyimizi əldə etdi. Qorumaq isə gələcək nəsillərə
qaldı. Bu vəzifəni öhdəsinə götürəcək gənclərdən biri də Əli Kamal oğlu Əliyevdir.
Əli isti bir yay günü, 14 iyun 2005-ci ildə dünyaya göz açıb, ailəsinə
sevinç bəxş etdi. Valideynlərinin dediyinə görə Əli uşaqlıqda çox dəcəl olub.
Buna baxmayaraq, hələ uşaqlıqdan adının mənasını dərk edərək dini suallar verməyə
başlayıb. Dinlə yanaşı rəsm çəkmək də onun məşğuliyyətləri sırasında idi.
Orta təhsilə başlamazdan əvvəl Əlidəki oxumaq həvəsini görən
valideynləri ona yazıb-oxumağı öyrətmişdir. Təhsildə ilk addımlarını 192 saylı
orta məktəbdə başlayıb, sonradan 293 saylı orta məktəbdə davam etdirmişdir. Hazırda
293 saylı məktəbdə təhsil alan Əli məktəbdə əlaçıdır.
Özünün dediyinə görə ən çox sevdiyi fənn riyaziyyatdır. Məktəbdə
bütün tədbirlərdə iştirak edərək müəllimlərinin sevimlisinə çevrilən Əli gələcəkdə
həkim olmaq istəyir. Həkimliklə yanaşı Əli rəsm və idman sahəsinə də maraq göstərir.
Əli vətənimizi layiqincə təmsil edib üçrəngli bayrağımızı zirvələrə qaldırmaq
istəyir. Onun naliyyətlərində ata və anasının rolu əvəzedilməzdir. Əli həm
onlara, həm də Yaradana borclu olduğunu düşünür.
Yaşının az olmasına baxmayaraq onun xəyalları böyükdür. Tarixin
yaddaşına qızıl hərflərlə yazılmaq istəyir. Biz də Allahdan arzu edirik ki,
Əlinin yolu hər zaman açıq olsun.
Комментариев нет:
Отправить комментарий