Ramil İlqar oğlu Babayev 17 noyabr 2000-ci ildə Bakı şəhəri
Şüvəlan qəsəbəsində dünyaya gəlib. Hazırda Şüvəlan qəsəbəsindəki İ. Muradov adına 237 saylı orta məktəbdə təhsil
alır.
O,hələ məktəbə getməmişdən öncə qəzet oxuyurdu, “Əlifba”nı
bitirmişdi. Ramil hələ I sinifdə oxuyanda
özündən böyük bacı-qardaşının kitablarını, evdəki kiril əlifbası ilə
olan köhnə kitabları oxuyurdu. Maraqlıdır ki, heç kəs ona bu əlifbanı öyrətməmişdi.
Sənədli filmlərə baxmağı sevir. Bir dəfə hansısa filmə baxırdıq, Ramil dedi ki,
Beriya çox bic adam olub. Ona görə Stalinin yanında qalıb ki, Stalin öləndə
onun yerinə hakimiyyətə keçsin. Uşaqlıqda
səfir olmağı arzulayırdı. Onun məntiqi, uzaqgörənliyi hətta özündən böyüklərdən
daha güclüdür.
Ramil həm də bir xeyriyyəçidi, küçədə ac pişiklərə çörək-su
verir. Televizorda Somalidə aclıqdan əziyyət çəkən uşaqları görüb həmişə kədərlənir.
Amma o, bu hədisədən özü üçün yaxşı nəticələr çıxarır. Həm qənaətcil insan
olmağı, israfa yol verməməyi öyrənir, həm də zəngin insan olub həmin insanlara
yardım etməyi qarşısina məqsəd qoyur.
Ramilin ən çox maraq göstərdiyi sahə futboldur. Məktəbdə
azyaşlılar üzrə kapitandır. Normativ yarışlarda həmişə birinci yeri tutub. Ramil
həm bir futbolçu kimi məhşur olmaq, Azərbaycan futboluna töhvə vermək arzusu ilə
yaşayır.
Комментариев нет:
Отправить комментарий