Gələcəyin memar-dizayneri Niftəli Musa Eldəniz oğlu
16 avqust 2002-ci ildə Bakı şəhərində anadan olub. 43 saylı məktəbdə oxuyub ilk
dəfə, hazırda isə 6 saylı məktəbin şagirdidir.
Musa dərslərini yaxşı oxuyur, ancaq ən sevimli fənnləri
– riyaziyyat, Azərbaycan dili və rəsmdir. Qazandığı uğurlarına görə diplomlar
eldə edib 2012, 2013, 2014, 2015 və 2016-ci illərdə eldə etdiyi fəxri fərmanlar
və diplomların sayı beşdən çoxdur. Qazandığı
uğurlara görə valideyinlərinə və babasına borclu olduğu deyir.
Asudə vaxtlarını idmanla və rəsm çəkməklə keçirir.
Bədii yaradıcılıq mövzusunda əgər yaradıcılıq göstərməli olsa memarlığa
üstünlük verəcəyini deyir. Gələcək planları, məqsədi memar olmaqdır. Musa
haqqında ilk dəfə 31.04.2015-ci ildə Azad Azərbaycan televiziyasında (ATV) “Gündəlik” verilişində efirdə məlumat gedib. Valideynləri
Musa haqqında onun körpəlikdən sakit uşaq olduğunu və eyni zamanda rəsmə çox
böyük maraq göstərdiyini deyirlər.Məktəbə getməmişdən əvvəl yazıb-oxumağı
anasının köməkliyi ilə oyrənən Musanın çox bacarıqlı uşaq olduğunu deyirlər.
İstedadı isə uşaqlıqdan bəlli olub valideyinləri irsi olduğunu deyir.
Biz də Musaya gələcək planlarının həyata kecməsini
və savadlı memar-dizayner olmasını diləyirik.
Комментариев нет:
Отправить комментарий