Novruzova Adilə Adil qızı 17 yanvar 2005-ci ildə Lerik rayonunun Kəkonu kəndində dünyaya gəlib. Atasının işiylə əlaqədar
hələ körpəlikdən Bakı şəhərinə köçüblər.
Adilə körpəlikdən ağıllı olmağıyla yaşıdlarından fərqlənirdi.
Gördüyü hər bir şey haqqında suallar verir, ətraflı cavab almayana qədər
sualları bitmirdi. Hələ 3-4 yaşı olarkən valideynlərinin onunçün aldığı rəngli
qələmlərlə şəkillər çəkir, çəkdiyi şəkillərin nəyə bənzədiyini valideynlərindən
soruşardı. Adilə bağçaya getməsə də anası ona məktəbə gedənə qədər yazıb-
oxumağı öyrətmişdi. Anası müəllim olduğu üçün öz övladına elmi sevə-sevə öyrədib.
Adilə hazırda Xəzər rayonu 322 saylı tam orta məktəbin
şagirdidir. Hələ ibtidai sinifdə oxuyarkən müəllimi Nuranə xanım həmişə ondan
razılıq edib. Sinfi idarə etmək bacarığı
olduğu üçün müəllimi onu sinif nümayəndəsi təyin edib. İbtidai sinfi bitirdikdən
sonra da sinif rəhbəri Aysel xanımın sevimli şagirdinə çevrilib. Dərslərini əla
oxuduğu üçün əlaçı seçilib. Ən sevdiyi fənnlər: Azərbaycan dili, ingilis dili və
tarixdir. Bu fənnləri ona sevdirənlər həmin fənnlərdən dərs keçən müəllimləri
olub. Məktəbdə xüsusi günlərdə keçirilən tədbirlərdə, mərasimlərdə, bayramlarda
fəal iştirak edir. Əksər tədbirlərdə
şeirlə çıxış edib. Onun dediyi şeirlər
maraqla dinlənilib.
Adilə üçün ən yaddaqalan gün ilk dəfə məktəbə qədəm
qoyduğu gündür. O, həmin günü heç vaxt unutmayacaq. Adilə dərin biliyə yiyələnməklə
bərabər, həm də dərsdən sonra rəsm dərnəyinə də gedir. Eyni zamanda məktəbdəki
“Əl işləri” dərnəyinin üzvüdür. Dərnəyin təşkil etdiyi müxtəlif tədbirlərdə fəal
iştirak edir və diplomlara layiq görülüb.
Əhməd Baxşıyev adına 38 saylı Texniki Yaradıcılıq mərkəzinin
diplomu əl işlərinə görə Adiləyə verilib.
Adilə əldə etdiyi uğurlara görə valideynlərinə və
müəllimlərinə minnətdardı. O, gələcəkdə savadlı bir hüquqşünas olmaq istəyir.
Asudə vaxtlarında milli müsiqilərə qulaq asır,
televiziya ekranlarındakı bilik
yarışmalarını izləyir. Çalışır ki, bilmədiklərini oradan öyrənib daha da
bilikli olsun.
Adilə, uğurların bol olsun!
Комментариев нет:
Отправить комментарий