İstedadlı yeniyetmələrimizdən olan Nərmin Rəşad qızı
İbrahimli 22 yanvar 2009-cu ildə Bakı şəhərində dünyaya göz açmışdır. Kiçik
yaşlarından güclü hafizə və fantaziyaya malik olduğu hiss olunurdu. O
yorulmadan, usanmadan təsviri incəsənətlə məşğul olardı. Ətrafda müşahidə
etdiyi hər bir əşyanın, təbiətin təsvirini ağ kağız üzərinə köçürməkdən zövq
alardı. Valideynlərindən daim ona rəngli qələmlər və rəsm çəkmək üçün lazım
olan digər ləvazimatları almağı tələb edərdi. Məktəbəqədər dövrünü uşaq
bağçasında tərbiyə almaqla keçirən Nərmin orada rəssamlıq, şahmat, rəqs və
üzgüçülük dərnəklərinin üzvü olub.
Bu minvalla böyüyüb boya-başa çatan Nərminin məktəbə
getmək zamanı gəlib çatdı.
Nərmin Binəqədi rayonundakı H. Hüseynov adına 83
saylı məktəb-liseydə təhsil alır. Dərslərini əla oxuyur. O, Azərbaycan dili, riyaziyyat,
ingili dili və həyat bilgisi dərslərini daha çox sevir. Təhsil və təlim-tərbiyədə
əldə etdiyi müvəffəqiyyətlə bərabər Nərmin məktəbin ictimai həyatında da fəal
iştirak edir. Nərmin sinifdə keçirilən tədbirlərin fəal iştirakçılarından
biridir. Sinif rəhbəri Həyat Miriyeva da onun fəaliyyətindən razılıq hissilə
söz açır.
Nərmin Təsviri Sənət Qalereyasında rəsm dərnəyinin
də üzvüdür. Təsadüfi deyil ki, o, tanınmış rəssamlara oxşamaq istəyir. Buna
baxmayaraq Nərmin gələcəkdə müəllim olmaq niyyətindədir.
Asudə vaxtlarında Nərmin rəsm çəkməklə məşğul olur.
O, əsasən təsviri incəsənətin boyakarlıq növünə
üstünlük verir. Nərmin yaxşı oxumaq və dizayner olmaq istəyir.
Yaradıcılığın yüksək zirvəsinə qalxaraq Azərbaycanı
dünyada tamıtmaq niyyətindədir.
Ona çoxlu müvəffəqiyyətlər arzulayırıq.
Комментариев нет:
Отправить комментарий