Azərbaycanın isdedadlı yeniyetmələrindən biri də Cəlal
Murad oğlu Abbasovdur. Cəlal körpəlikdə çox sakit, səmimi, düşüncəli, sualları
dəqiqliklə cavablandıran bir uşaq idi. Dialoqa girməyi, müxtəlif nağıl
kitablarınıda, şəkili jurnallarıda sorğu aparmağı çox sevirdi. Uşaqlıqdan o, stolüstü
oyunları və futbol oynamağı, rəsm çəkməyi sevirdi.Cəlal çox ağıllı, dərin
düşüncəli uşaq idi. Məktəbə getməmiş artıq yazıb-oxumağı bilirdi. Yazıb-oxmağı
Cəlala böyük qardaşı öyrədib.
Cəlal Abasov 2003-cü il martın 29-da Sumqayıt şəhərində
dünyaya göz açmışdır Cəlal ilk təhsilini Saray qəsəbəsindəki 1 saylı tam orta məktəbində
alıb. Hazırda qəhrəmanımız Sumqayıt şəhərindəki Nizami Gəncəvi adına Texniki Təbiyət
Elmlər liseyində təhsilin davam etdirir.
Cəlal: Dərslərimi əla qiymətlərlə oxuyuram. Sevdiyim
fənlər tarix, coğrafiyadır .Bütün tədbirlərdə, xüsusilə də milli bayramlarda fəal
iştirak etmişəm. Həmişə müsabiqələrində fəal iştirak edirəm. Həyatımdakı ən
uğurlu günüm ibtidai sinfi bitirib liseyə qəbul olduğum gündür.
Göstərdiyim yüksək nailiyyətlərə görə 2010, 2011, 2012,
2013, 2014, 2015-ci ilərdə fəxri fərmanllarla təltif olunmuşam. Televiziyada Az.TV, DTV telekanallarının
xəbərlər buraxılışlarında iştirak etdiyim 28 May Respublika günü münasibətilə keçirilən tədbirlərlə bağlı
reportajlar yayımlanıb.
Əldə etdiyim uğur və nalliyyətlərə görə ilk nöbədə
valdeynlərimə, ibtidai sinif müəllimim Şəlalə
Məmmədovaya və digər fənn müəllimlərimə minnətaram.
Dayıma bənzəmək istəyirəm. Dərslərimi əla qiymətlərlə
bitirib unverstetin hüquqşünaslıq fakültəsinə daxil olub, həmin fakültəni yüksək
göstəricilərlə bitirməyi hədəfləmişəm.
Asudə vaxtlarımda bədi əsərlər, ən əsas da görkəmli
yazıçı Dostoyevskinin əsərlərin oxumağı sevirəm. Milli rəqsləri sevdiyim üçün rəqslə
məşğu oluram.
Gələcəkdə vətənimə və xalqıma layiqli övlad olacağıma
söz verirəm. Xeyriyyəçiliklə məşğul olmaq, yardıma möhtac insanlara dəstək
olmaq ən ümdə arzularımdandır.
Zamanla istəklərinə doğru addım-addıma irəliləyən qəhramanımıza
dərslərində uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий