elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

7 июля 2016 г.

Quluzadə Gülnara Hüseyn qızı

 
Quluzadə Gülnara Hüseyn qızı 12.06.2009-cu ildə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində anadan olub.İlk ibtidai təhsilini beş yaşında 1 il müddətində Suraxanı rayon Təhsil Şöbəsində almışdır.
Hazırda təhsilini A. Muradov adına 84 nömrəli məktəbdə davam etdirir.Dərslərini əla oxuyur, əlaçıdır. Bütün fənnləri sevir, lakin ən sevdiyi fənn riyaziyyatdır.Məktəbdə keçirilən bütün tədbirlərdə iştirak edir. Bədii qiraət tədbirlərində xsusi ilə fərqlənir.Hər ay keçirilən bədii qiraət tədbirində yüksək bal toplayaraq finalda iştirak edib fəxri diplom ilə təltif edilib.Əmircan qəsəbəsində Heydər Əliyevə həsr olunmuş tədbirdə şeir demiş, həmçinin ilin birinci yarısını əla qiymətlərlə başa vurmuşdur , ona görə də təşəkkürnamə ilin ikinci yarısında isə fəxri fərmana layiq görulub.Gülnara məktəbdə keçirilən digər tədbirlərdə də iştirak edib.Birinci sinifin sonunda keçirilən bir İncilər tədbiri onun həyatının incilərinin başlanğıcı oldu əlifba kitabının sonu yox.Bu tədbirdə tık-tık xanım, əlifba , milli rəqs şeir söyləmək və s kimi fəaliyyətləri olub.Əldə etdiyi uğur və naliyyətlərə görə Müəllimləri Mehriban xanım və şəfəq xanıma və anasına minnətdardır.Ən yüksək zirvə arzusudur , ancaq ilk hədəfi ərəb və ingilis dillərini mükəmməl öyrənməkdir.Qurani Kərimi araşdırmaq və öyrənmək istəyir.Gələcəkdə həkim olacaq 6 yaşından bu fikrə gəlib.Boş vaxtlarını kitab oxuyur, rəsm çəkir, televizora baxır.Rəssamlığa üstünlük verir. Gələcək planları əla oxumaq və universitetə qəbul olmaqdır.Ailəsinin sözlərinə görə çox sakit sözəbaxan uşaq olub. Hamı onu tərbiyyəli uşaq olduğu üçün çox istəyir.Kiçik yaşlarında xırda oyuncaqlarla müxtəlif oyunlar oynayırdı.intellektual oyunlara maraq edirdi.Elmi kitabları şox sevir.3 yaşından hərfləri çap şəklində yazsa da zamanla öyrəndi, elə o zamandan ailəsi Gülnaranın istedadını kəşf edib. Ailəsi hər zaman balaca həkimin yanında olduğunu onun gözəl təhsil alması üçün ona düzgün yol göstərəcəklərini deyir.


Комментариев нет:

Отправить комментарий