elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 июля 2016 г.

Əzizli Fatimə İlham qızı

Əzizli Fatimə İlham qızı 2002-ci il iyulun 4-də Bakı şəhərində dünyaya göz açıb. Bu adı Fatiməyə “Fatimeyi-Zəhranın” adından götürərək dayısı qoymuşdur. Fatimə körpəlikdən çox ağıllı və sakit bir uşaq olub. Kiçik yaşlarından rəqsi, şeirləri və nağılları çox sevirdi. Bunlara marağı onda nənəsi və babası oyatmışdır. Artıq 5 yaşından oxuyub-yazmağı Xanım müəllimin köməyilə öyrənmişdi.
Orta təhsilinə 2008-ci ildə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 saylı məktəbdə almağa başlayan Fatimə indi bu məktəbin 8A sinfində təhsil alır. Dərslərini yaxşı oxuyan bu dəfəki qəhramanımızın sevimli fənləri ədəbiyyat, Azərbaycan dili, tarix və ingilis dilidir. Fatimə daim tədbirlərdə, şənliklərdə öz iştirakı ilə fərqlənir. Məktəblərində keçirilən tarix gecəsində aparıcılıq etmişdir.Buzovna qəsəbəsində mədəniyyət evində keçirilən “Yeni il” şənliyində “Barbi” və “Qoğal” rollarında, 20 Yanvara aid “Yollarda qalan gözlər” tamaşasında  şəhid bacısı rolunda oynamışdır. Fatimə həmçinin Xoşbəxt Yusifzadənin həyatı haqqında çəkilən “Fədakar” filmində Xoşbəxt Yusifzadənin VII sinif şagirdi rolunu canlandırmışdır.
Həyatının ən maraqlı gününün I sinifi əla qiymətlərlə bitirib diplom aldığı gün olduğunu qeyd edən Fatimə fəaliyyəti ilə bağlı dünyasını dəyişən babası kimi ürəyiaçıq,təhsili ilə bağlı isə həyatındakı ideal insan olan dayısı kimi olmaq istəyir. Fatimə həmişə ona dəstək olan anasına, ailəsinə və müəllimlərinə minnətdarlığını bildirir. Fatimə həyatının müəyyən dövrlərində rəqslə, rəssamlıqla, şahmatla, aktrisalıqla məşğul olub. Rəqslə məşğul olduğu vaxtlar kulinar Tahir Əmiraslanovun yaradıcılıq gecəsində, Yeni il şənliyində, Novruz  bayramında, Gül bayramlarında, Neftçilər bayramında rəqslərilə iştirak edib. 2016-cı ildə S. S. Axundovun xatirəsinə həsr olunmuş tədbirdə ədibin “Nurəddin” əsərində baş rolu ifa edib.
Ədəbiyyatı çox sevən Fatimə C.Məmmədquluzadənin, M.F.Axundzadənin, Ə. Haqverdiyevin əsərlərini, Məmməd Arif, Hüseyn Cavidin şeirlərini oxuyur.
Fatimənin ibtidai sinif müəllimi Xanım Cabbarova onun barədə xoş sözlər söylədi. Onun sinfin ən nümunəvi şagirdlərindən biri olduğunu vurğuladı.
Fatimə deyir ki: Kitabları oxuduqca özümü həm şən həm də kədərli hiss edə bilirəm.
Gələcəkdə III qrup üzrə ali məktəbə yüksək balla daxil olmaq istəyən Fatimə hüquqşünas olmaq istəyir. III sinifdən bu qərara gələn Fatimənin böyük arzularından biridir. Çünki o, hüquqşünas olaraq insanların hüquqlarını qoruya biləcəyini düşünür. Hər zaman tanınmış bir insan olmağı istəyən Fatimənin digər arzularından biri də həyatda tanıdığı xeyriyyəçi insanlar kimi ehtiyacı olanlara əl tutmaq,uşaqlar və qocalar evinə yardım etmək və onları sevindirməkdir.

Biz də istedadlı,öz fəaliyyəti ilə bağlı daima seçilən  Fatiməyə uğurlarının davamını diləyir,gələcəklə bağlı bütün arzularının həyata keçməsini arzu edirik.

Комментариев нет:

Отправить комментарий