Valideynləri deyir ki, Nəzrin körpəlikdə çox sakit, ağıllı bir uşaq olub. O, cizgi filmlərinə baxmağı, filmdəki qəhrəmanların səsi ilə danışmağı, nağıl qəhrəmanlarının şəkillərini çəkməyi, plastilindən cürbəcür əşyalar düzəltməyi çox xoşlayırdı.
Məktəbə gedənə qədər bütün hərfləri tanıyır, qısa-qısa sözlər yaza bilirdi.
Onun yazıb-oxumağa, təsviri incəsənətə çox marağı vardı. Nəzrində yazıb-oxumaq həvəsinin yaranmasında bacısı Nərminin əvəzsiz rolu olmuşdur.
Nəzrin Binəqədi rayonundakı H. Hüseynov adına 83 saylı məktəb-liseyin şagirdidir.
O, dərslərini əla oxuyur, müəllimlərinin etimadını hər zaman doğruldur. Məktəblərində təşkil olunan bütün tədbirlərdə fəal iştirak edir. Bir çox tərifnamələrə layiq görülüb.
Nəzrin də bacısı kimi Təsviri Sənət Qalereyasında rəsm dərnəyinin də üzvüdür.
Nəzrin təsviri incəsənət sahəsindəki uğurlarına görə atasına borclu olduğunu düşünür.
Asudə vaxtlarında şirniyyatlar bişirməyi, plastilindən müxtəlif əşyalar düzəltməyi xoşlayır.
Onun əsas məqsədi tarixin yaddaşında xeyirxah, bəşəriyyətin inkişafında rolu olan bir insan kimi qalmaqdır.
Balaca qəhrəmanımız gələcəkdə həkim olmağı hədəfləyib.
Arzuları, məqsədi böyük olan Nəzrinə biz də uğurlar arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.
Комментариев нет:
Отправить комментарий