|
Latviyanın Azərbaycandakı səfiri ilə |
Əsgərova Heyran Vüqar qızı 19 sentyabr 2002-ci il
tarixində Bakı şəhərində dünyaya göz açmışdır. Uşaqlıqdan təbiətə, heyvanlara və
yeniliklər öyrənməyə marağı olmuş, elmə, təhsilə xüsusi diqqəti ilə
yaşıdlarından fərqlənmişdir. Bu marağı özünü bağça vaxtlarından göstərmişdir. Heyran
məktəbə başlamazdan əvvəl yazıb-oxumağı öyrənmiş, rəsmə və musiqiyə böyük həvəsi
olmuşdur. Bütün bu bacarıqlara yiyələnməsində ona nənəsinin müəllimə kimi böyük
dəstəyi olub.
|
Təhsil naziri Mikayıl Cabbarovla |
İbtidai təhsilinə 2007-ci ildə Natiq Tağıyev adına
212 saylı tam orta məktəbdə başlayıb. Hazırda isə 291 saylı Ekoloji liseyin
10-cu sinfində oxuyur. Dərslərinə yaxşı çalışır. Heyrana görə “yaxşı fənn”
anlayışı yoxdur. O bütün fənnləri yaxşı oxumağa çalışır. Lakin ən sevdiyi fənn
fizikadır. Bundan başqa gənc istedadımız ictimai fəaliyyətdə də aktivliyi ilə
seçilir. Heyran məktəbdə keçirilən tədbirlərdə, bayramlarda fəal iştirak edir. “Vətənimi
və təbiəti sevirəm”, Latviyaya həsr
olunmuş mərasim, biologiya üzrə kiçik akademiyada çıxışı belə tədbirlərdəndir. 291
saylı Ekoloji lisey və Riqa məktəbinin əməkdaşlığı nəticəsində təşkil olunmuş Latviyaya
həsr olunmuş tədbirin yüksək səviyyədə təşkili və gənc istedadlarımızın hazırladığı
səhnəcikləri yüksək qiymətləndirən
Latviyanın səfiri Yuris Maklakovs şagirdləri noyabr ayında Latviyanın müstəqilliyinə
həsr olunmuş tədbirə dəvət etmişdir.
|
"Sabahın alimləri" müsabiqəsində təltif olunur |
Heyran üçün ən unudulmaz günlərdən, tədbirlərdən
biri də “Sabahın alimləri” Respublika müsabiqəsi olmuşdur. Öz layihəsini təhsil
nazirimiz Mikayıl Cabbarova təqdim edən Heyran Tibb və sağlamlıq
nominasiyası üzrə II yerə layiq görülmüşdür.
Heyran əldə etdiyi
nailiyyətlərə görə anası Reyhan xanıma və bütün tədbirlərdə şəxsən iştirak edən,
onlardan inamını, dəstəyini əsirgəməyən liseyin direktoru Sevinc xanıma təşəkkürünü
bildirir. Gələcəkdə isə bir şəxsiyyət kimi babasına oxşamaq, onun kimi alim
olmaq istəyir.
Комментариев нет:
Отправить комментарий