Azərbaycanmzın istedadlı yeniyetmələrdən biri də
Hüseyn Tural oğlu Hüseynlidir. Hüseyn 2007-ci il oktyabrn 23-də Bakı şəhərində
dünyaya göz açmışdır.
Körpəlikdən çox sakit uşaq olub. Valideynlərini
incitməyib, həmişə qeyri-adi hərəkətləri ilə insanları özünə cəlb edib. Ona
oyuncaqlar verilərkən bir az oynadıqdan sonra necə yaradılmasının axtarışına
çıxardı. Hüseyn 4 aylığında olarkən Allah kəlməsin demişdir. Evə gələn tanıdığı
və tanımadığı insanlara özünü sevdirə bilirdi. Gülərüz, sevimli bir uşaq idi. Texnikaya,
cihazlara elektronika sisteminə çox meyl gösdərirdi. Həmişə araşdırır, yoxlayır
və necə hazırlanmasını soruşardı.
Hüseyn 3 yaşında uşaq bağçasına getməyə başlayıb. Bir
ilə yaxın “Tiamo” Hazırlıq Mərkəzinə getmişdir. Bu səbəbdəndir ki, məktəbə gedənə
qədər yazıb-oxumağı bilir, bütün rəqəmləri tanıyırdı. Xüsusi hazırlıq
kurslarında və uşaq bağçasında bunu daha da mükəmməllədirdi. Hüseyn çox sual
verir, çox bilmək və öyrənmək istəyir. Aydan, Günəşdən, Yerdən, kainatdan və.s
sualları çox verir.
Hüseynin riyaziyyatda xüsusi isdedadi var. Hüseyni
6 yaşı olmamış valideyinləri onu məktəbə qoydular. İsdedadiyla bağlı maraq Hüseyndə
əsasən 3 yaşından yaranıb. Əsasən də babasının dəstəyi çox olub. Nəslin ilk nəvəsi,
ailənin ilk uşağı olduğuna və özünə xüsusi diqqət cəlb etirə bildirdiyinə görə
hamı ona xüsusi vaxt ayırırdı.
Hüseyn orta təhsilə 266 saylı orta məktəbdə
başlayıb. Məktəbdə də özünü sevdirdi. I sinfi qutardıqdan sonra 2014-cü ilin
yay aylarında Avropa-Azərbaycan Məktəbinə imtahanla qəbul olmuşdur. Hazırda
Avropa-Azərbaycan məktəbində təhsil alır.
Hüseyn: Dərslərimi çox yaxşı oxuyuram. III siniflər
üzrə məktəb birincisiyəm. Əslində mən butün fənləri sevirəm, çünki hər bir fənn
bir elm öyrədir, hərəsinin öz gözəlliyi var. Ən çox sevdiyim fənn riyaziyyatdır.
Yeni il, Novruz bayramı, Bayraq bayramı, Bilik günü ilə bağlı tədbirlərdə və
olimpiadalarda işdirak etmişəm. Hallovendə qara maskalı rolunda, Yeni ildə Şaxta baba rolunda fəal işdirak
etmişəm. İngilis dilində I yeri tutaraq xüsusi diplomla təltif olunmağım mənim
üçün demək olar ki, ən uğurlu, ən gözəl gün sayıla bilər.
24. 04. 2015-ci ildə tərbiyəli və çalışkan olmaqla fiziki tərbiyəsinə,
22. 05. 2015-ci ildə rus dilinə, 08. 05. 2015-ci ildə təhsil uğurlarına görə
nailiyyət kartı ilə, ingilis dilində II
yeri tutduğuma, 1 iyun 2016-cı ildə riyaziyyat fənni üzrə bilik yarışında III siniflər
üzrə iştirakıma görə diplomla təltif olunmuşam.
Əldə etdiyim naliyyətlərə görə özümü valdeyinlərimə,
babama və Vüsal əmiyə borc bilirəm. Vüsal əmimə oxşamaq isdəyirəm. Alim olmaq
istəyirəm, çünki məndə vətənim Azərbaycanın inkişafı üçün nəsə kəşf, icad etməliyəm.
Gələcəkdə rəsm sənətinə də yiyələnmək istəyirəm.
Asudə vaxtlarımda kitab oxumağı, rəsm çəkməyi və
internet vasitəsi ilə yeni məlumat almağı xoşlayıram. Heykəltaraşlıq və rəsmlə
məşğul olmağa üstünlük verirəm.
Yay aylarında dünyanın bir çox hissəsini gəzmək,
kompüteri və ingilis dillərini mükəmməl öyrənmək istəyirəm. Həmişə çalışacam ki,
dünyada vətənimin adını və bayrağını ucalara qaldıram.
Bundan sonraki naliyyətlərin, uğurların daha da bol
olsun!
Əhsən Hüseyn balamıza... Bu dövrdə belə çalışqan uşaq çox az tapılar... Və valideynlərinə də dərin təşəkkürümüzü bildirirəm ki, ona dəstək olurlar... 1 daha UĞURLAR!!!
ОтветитьУдалитьƏhsən Hüseyn balamıza... Bu dövrdə belə çalışqan uşaq çox az tapılar... Və valideynlərinə də dərin təşəkkürümüzü bildirirəm ki, ona dəstək olurlar... 1 daha UĞURLAR!!!
ОтветитьУдалить