elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

30 июня 2016 г.

Cəlilova Nuranə Xıdırnəbi qızı

Gənc maliyyəçi Cəlilova Nuranə Xıdırnəbi qızı 1998-ci ildə Bakı şəhərində anadan olub.2004-cü ildə Sabunçu rayonunda yerləşən 271 saylı məktəbə gedən Nüranə 2006-cı ildən 287 saylı Zəkalar liseyinə gedib,2015-ci ildə isə 662 balla Qafqaz Universitetinin maliyə fakültəsinə qəbul olub.Maliyəçinin sevdiyi fənni riyaziyyatdır onda bu həvəsi riyaziyyat müəllimi Rafil İmanov yaradıb, ancaq bədii əsərləri oxumağı da çox sevir dünya ədəbiyyatı ilə maraqlanır.Nüranənin sözlərinə görə bir çox insanlar riyaziyyatı yorucu elim kimi düşünürlər, lakin o riyazi milallar həll edən zaman istirahət edir.Məktəbdə oxuduğu zaman da siniflər arası yarışlarda iştirak edib qalib olarmış.Məktəb tədbirlərində iştirak edib riyaziyyat olimpiadalarında iştirakına görə mükafatla təltif edilib.Uğurlarına görə isə valideyinlərinə və müəllimlərinə morcludur.Maliyəçi olmaq istəyi onun riyaziyyata olan marağından irəli gəlir.Fəlsəfi əsərlərə olan marağı onun boş vaxtını kitabların əhatəsində keçirməsinə səbəb olur eyni zamanda musiqi dinləyrir, filimlərə baxır boş zamanında.Təhsilini xaricdə davam etdirmək istəyir.Uşaqlıqdan oxumağa marağı olub dünya uşaq ədəbiyyatından kitablar oxuyan Nüranə məktəbə getməzdən özündən üç yaş böyük qardaşının köməkliyi ilə demək olar ki ibtidai sinifin proqramlarını bilirdi.Bunu hətta valideyinləri də təsdiq edirlər.

Комментариев нет:

Отправить комментарий